Ötən il Xəzərin sahilboyu torpaq sahələrindən istifadə ilə bağlı 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub (FOTO)


Digərləri 28 Yan 2019 12:09:00 187 0

Ötən il Xəzərin sahilboyu torpaq sahələrindən istifadə ilə bağlı 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, ƏMDK sədri Kərəm Həsənov bildirib ki, ötən il 30-a yaxın elektron hərrac keçirilib, 900-ə yaxın elektron sifariş qəbul edilib: "Bu dövrdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 209 hərrac keçirilib, 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Bu sahədə yaradılan imkanlar nəticəsində 75 hərrac rəqabətli şəkildə baş tutub. 2018-ci il ərzində ümumilikdə özəlləşdirmədən 101,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib". Sədrin sözlərinə görə, ötən ildə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi baş tutub: "Həmin müəssisələrə 68 milyon manat investisiya qoyuluşu, 450-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".