Kanadada çovğun səbəbindən 50 avtomobil toqquşdu


Dünya 28 Yan 2019 11:49:00 220 0

Kanadada çovğun səbəbindən 50 avtomobil toqquşdu

Kanadanın Kvebek vilayətində yolda zəncirvari qəza baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, qəzada 50 nəqliyyat vasitəsi iştirak edib.

İlkin məlumata əsasən, qəzanın səbəbi pis hava şəraiti və güclü çovğun olub.