Əsədin xərçəng xəstəsi olan xanımı əməliyyat edildi


Dünya 28 Yan 2019 11:29:00 246 0

Əsədin xərçəng xəstəsi olan xanımı əməliyyat edildi

2018-ci ilin avqust ayında Suriya prezidenti Bəşər Əsədin xanımında xərçəng xəstəliyi tapılıb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, Suriyanın birinci xanımı, 43 yaşlı Əsma ötən gün əməliyyat olunub.

Suriya prezidentinin rəsmi tvitter səhifəsində yazılan məlumata görə, onun əməliyyatı uğurlu keçib.

Süd vəzi xərçənginə tutulan Əsma Dəməşqdəki hərbi hospitalda əməliyyat olunub.


Xəbərə aid fotolar