Ronaldo Marselonun “saqqızını” oğurlayıb


İdman 28 Yan 2019 10:25:00 239 0

Ronaldo Marselonun “saqqızını” oğurlayıb

Real-ın müdafiəçisi Marselo klubdan ayrılmaqda qərarlıdır.

Goal.az Marca-ya istinadən xəbər verir ki, braziliyalı rəhbərlikdən transferə çıxarılmasını istəyib. Klubla müqaviləsi 2022-də başa çatır.

Marselo Real-dan komanda yoldaşı Kriştiano Ronaldonun oynadığı Juventus-a keçmək niyyətindədir. Müdafiəçi əvvəllər karyerasını Madriddə başa çatdıracağını bildirmişdi. Görünür, portuqaliyalı onu A seriyası klubuna keçməyə inandırıb. Cari movsüm İspaniya çempionatında 12 oyuna çıxıb və 2 qol vurub.