Dövlət qulluğuna imtahanda uğur əldə edənlərin sertifikat ala bilməsi üçün qeydiyyat başlandı


Digərləri 28 Yan 2019 10:11:36 225 0

Dövlət qulluğuna imtahanda uğur əldə edənlərin sertifikat ala bilməsi üçün qeydiyyat başlandı

İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

Bakı. İlhamə İsabalayeva - İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 27 yanvarda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün yanvarın 28-dən 8 fevral saat 18:00-dək ttps://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.