Tretyakov Qalereyasından oğurluq edən şəxs tutuldu


Digərləri 28 Yan 2019 10:05:37 148 0

Tretyakov Qalereyasından oğurluq edən şəxs tutuldu

Tretyakov Qalereyasından Arxip Kuincinin "Ay Petri. Krım" adlı rəsm əsərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Moskvada məşhur Dövlət Tretyakov Qalereyasından Arxip Kuincinin "Ay Petri. Krım" adlı rəsm əsərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Trend-in məlumatına görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib. Polis 31 yaşlı kişini Moskva vilayətinin Odintsovski rayonunun Zareçye qəsəbəsində saxlayıb. İlkin ehtimala əsasən, cinayət tamahkarlıq məqsədilə törədilib.