Bakıda güclü duman müşahidə olunur


Digərləri 28 Yan 2019 09:37:16 188 0

Bakıda güclü duman müşahidə olunur

Bakıda güclü duman müşahidə olunur

Bakı. Bakıda güclü duman müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün bəzi yerlərdə duman və çiskin olacaq. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.