Yunanıstanda polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib


Dünya 28 Yan 2019 07:14:00 222 0

Yunanıstanda polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Yunanıstanın Salonik şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə parlamenti tərəfindən Skopye razılaşmasının təsdiqlənməsinə qarşı etiraz aksiyası keçirən nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

Son.az report-a istinadən xəbər verir ki, bu haqda "CNN Greece" telekanalı bildirib.

Qeyd edilir ki, etirazçılar Holokost qurbanlarına həsr edilmiş Xatirə günündə prezident Prokopis Pavlopulosun çıxış etməli olduğu Musiqi Sarayının ön giriş hissəsində toplaşıblar. Nümayişçilər polis kordonunu yararaq, konsert zalına soxulmağa çalışıblar. Bu vaxt polis əməkdaşları onlara qarşı gözyaşardıcı qaz tətbiq edib.