Varlanmağın SİRRİ və pul enerjisinin ÜÇ QANUNU


Digərləri 28 Yan 2019 02:30:00 351 0

Varlanmağın SİRRİ və pul enerjisinin ÜÇ QANUNU

Çoxu yüngül enerjinin şüurlu müalicəsinə və təsir qüvəsinə qəti sürətdə inanmır. Bu, təəccüblü deyil. Axı heç kim bizə oxşar maddələrlə "ünsiyyət qurmağı" öyrətməyib.

Son.az xəbər verir ki, enerji gücünü araşdıran mütəxəssislər bolluq açarının enerji sahəsində gizləndiyini iddia edir. Oxucuları bu yazıda kainatın 3 pul qanunu ilə tanış etmişik.

Yüngül enerjidən danışarkən ətrafda bizi əhatə edən görünməz güc mərkəzləri nəzərdə tutulur. Hindular onu Prana, çinlilər Çi, Havay adalarının sakinləri Manna, alman tayfaları isə onu Od adlandırır. Bu, dünyanı formalaşdıran kainat qüvvəsidir. Ətrafımızda gördüyümüz hər şey - insanlar, heyvanlar, bitkilər, daşlar, çaylar, buludlar - bu enerjinin maddi təzahürüdür. Və pul istisna deyil, universal bir enerji növüdür: sikkələr, istiqrazlar, daşlar - onun görünən təcəssümüdür.

Əslində pulun enerjisi nə mənfidir, nə müsbətdir, o, neytraldır. Sadəcə enerjini şəxsi məqsədlərimiz üçün istifadə etdiyimiz zaman biz onu duyğu və fikirlərin köməyi ilə aktivləşdiririk. Dolayısı ilə pul enerjisi bu və ya digər keyfiyyətləri şəxsi fikirlərinizin hesabına qazanır.

Enerji yaxşılaşdıra və zənginləşdirə, eyni zamanda məhvedici ola bilər. Burada söhbət pulu əl çirki və pis, onu arzulamağı utancverici və günah hesab edənlərdən gedir. Yadda saxlayın ki, pul hər hansı bir əşya və ya dərman kimi əxlaq qanunlarına əməl etmədikdə zərərli ola bilər.

Madiyyatı hər şeydən üstün tutan, istənilən yolla onu əldə etməyə çalışan insanın ruhunu pul qaralda bilər. Pul həm də onu zənginləşdirə, yaxşılıq etməyə, öz qabiliyyətlərini reallaşdırmağa, öz ətrafında dünyanı gözəlləşdirməyə kömək edə bilər.

İntibah dövrün ideal həyat obrazlarından biri - yaxşı zövq duyumu olan, humanist biliklər mənimsəyən, rəssamların və alimlərin hamisi olan zəngin ağa və ya şəhər sakinləri idi. Başqa sözlə, ideal zənginlik - öz evini və ya dövlətini zərif şəkildə təchiz etmək, elmin, incəsənətin və sənətkarlığın tərəqqisini təbliğ etmək qabiliyyəti sayılırdı.

Bənzər bir yanaşma orta əsrlərdə bir çox ölkələrində müşahidə olunub. Knyaz Vasiliy Qolitsin (1682-1689) deyirdi: "Sərvət sandığı doldurmaq deyil, ziyalı insanın düzgün həyat tərzi göstərməsi üçün lazımdır. Kitabxanam öz görünüşü ilə savadsız nökərə alicənablıqdan daha çox danışacaq, nəinki taxıl ilə dolu anbar".

Hətta varlanmaq sözü də var olmaq sözünün bir köküdür. Bu, onu ifadə edir ki, ürəyində Allahı tanıyan hər kəs zəngindir! Beləliklə, rifaha nail olmaq üçün iki məsələni anlamaq vacibdir. Pul insan üçün geniş imkanlar açan enerjidir. Pul sahibinə qazanmaq, idarə etmək, sevindirmək, hörmət, səlahiyyətlər və daha böyük imkanlar açır. Enerji nə qədər çox olarsa, imkanlar bir o qədər çox olacaq. Və bu, sadəcə pul enerjisinə deyil, həm də insanın şəxsi enerjisinə aiddir. Enerjinin çox hissəsi Allaha məxsusdur, dolayısı ilə onu qüdrətli edən də sonsuz imkanlarıdır.

Pulun enerjisi idarə oluna bilər. Bunu etmək üçün onunla rezonansa girməli və əvvəlcə tabe olduğu qanunları bilmək lazımdır.

Birinci qanun - Pulun enerjisi diqqətin itaətindədir