Tarixi XVII əsrə gedib çıxan turizm bağlılığı


Digərləri 27 Yan 2019 23:55:00 233 0

Tarixi XVII əsrə gedib çıxan turizm bağlılığı

Və ya sayı bir milyarda çatan hindlilərin Azərbaycana marağını necə artırmalı? 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hindistanlı turistlərin Azərbaycana marağı get-gedə artır. Bunu keçən ilin statistikası da təsdiqləyir. Belə ki, Azərbaycan Turizm Bürosunun açıqlamasına görə, 2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olaraq 40 min nəfərə çatıb. Hindistan həmçinin Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı ilk altı ölkə sırasındadır. ATB  Hindistan bazarı haqqında daha əvvəldən araşdırma aparıldığını, potensial turistlərin maraqlarının öyrənildiyini bildirir: "Azərbaycanın yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumat daha yaxşı çatdırılacaq. Həmçinin hindli turistlər üçün müxtəlif bayram, toy və s. kimi korporativ və qrup tədbirlərinin keçirilməsi üçün də təkliflər mövcuddur. Hətta Azərbaycanda Hindistan kinolarının çəkilişini dəstəkləyəcək qaydalar müəyyənləşdirən sənəd üzərində iş gedir".