35 yaşlı qadın intihar edib


Digərləri 27 Yan 2019 23:45:00 249 0

35 yaşlı qadın intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə Nic qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü İnqa Oqonova yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.