Sultan Səncərin münəcciminin Bəlx üsyanı barədə ÖNCƏGÖRMƏSİ


Digərləri 27 Yan 2019 22:49:00 255 0

Sultan Səncərin münəcciminin Bəlx üsyanı barədə ÖNCƏGÖRMƏSİ

Bir çox saraylarda münəccimlərin olduğu barədə kifayət qədər tarixi faktlar var. Onlar hər zaman sultanlara və şahlara gələcəkdən xəbər verir, ulduzların düzülüşünə görə öncəgörmələr edirdilər.

Son.az ölkə.az-a istinadən Sultan Səncərə məşhur Bəlx üsyanını əvvəlcədən xəbər verən şair, münəccim varədə məlumat verir. Faktları tarixçi-alim Əkbər Nəcəf verib.

Sultan Səncər dövrünün istisnasız ən böyük şairi Ənvəri olub. Həcv ədəbiyyatının da ilk ən böyük şairi qəbul edilən Ənvəri eyni zamanda münəccim idi.

Ənvəri ulduzların gərdişinə baxaraq 548 hicri ilinin məhərrəm ayında böyük bir fəlakət yaşanacağını xəbər verir. Bu xəbər üzərinə Səlcuqlu paytaxtı Mərv təşvişə düşür. Hamı zirzəmiləri düzəldib fəlakət zamanı gizlənmək üçün özünə məxzənlər hazırlayırlar. Varlı insanlar isə sərvətləri quyularda, qazdıqları yerlərdə bastırıb gizlədirlər.