Hollivudda işləyən azərbaycanlı xanım FOTO


Digərləri 27 Yan 2019 22:04:00 245 0

Hollivudda işləyən azərbaycanlı xanım  FOTO

Rəna Allahverdiyeva: "Patrik Stüartı çəkiliş meydançasında qarşılayanda, həyəcandan əlim əsirdi" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Jurnalistikadan başlayan yol onu film sahəsində çalışanların xəyalı olan, Hollivuda qədər aparıb çıxarıb. Deyir ki, yuxumda görsəm belə, heyrətlənəcəyim insanlarla işləmək fərqli hissdir. Söhbət Hollivudun çəkdiyi film setində təmsil olunan Rəna Allahverdiyevadan gedir.

Müsahibimiz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Daha sonra Türkiyənin İstanbul Universitetində magistratura pilləsində təhsilini davam etdirib. Türkiyəyə getdiyi ildən iş axtarmağa başlayıb. Bir gün rastlaşdığı elan bütün həyatını, arzularını dəyişib: "Türkiyədə məşhur reklam şirkətlərindən birinə həm rus, həm ingilis dilini yaxşı bilən işçi axtarılırdı. Müraciət etdim və məni müsahibə mərhələsinə dəvət etdilər. Elə mən müsahibdə ikən şirkətə reklam təklifi gəldi. Avstriyalılar Osmanlı imperiyası ilə bağlı sənədli film çəkmək istəyirdilər. Filmin rejissoru əcnəbi idi və o işdə ona köməkçi lazım idi. Elə həmin gündən işə başladım. Bu film bitdikdən sonra da, həmin şirkətdə işləməyə başladım. Artıq 5 ilə yaxındır ki, Türkiyədə reklam sektorunda və uzunmetrajlı filmlərdə işləyirəm".

- İlk işinizi necə xatırlayırsınız? Əcnəbilərlə, fərqli sektorda təcrübəniz olmadığı halda işləmək necə hissdir?

- İlk təcrübəm yuxarıda da qeyd etdiyim kimi, avstriyalıların Türkiyədə çəkdiyi, Osmanlının Vyana savaşından bəhs edən sənədli filmi idi. Mənim çalışdığım şirkət Türkiyə tərəfindən prodakşını aparırdı. Rejissor və heyətin əsas hissəsi Avstriyadan gəlmişdi. Mən də rejissorun ikinci köməkçisi oldum. Birinci köməkçi isə Türkiyənin ən yaxşısı sayılırdı. İlk iş təcrübəm mənim üçün məktəb kimi idi. Düzdür, fərqli sahə və hər şey yeni idi. Bu vaxta qədər jurnalistikada video-müxbirlik, reportaj, müsahibə etmişdim amma reklam təcrübəm ilk idi. Qaydalar çox ciddi və sistematik idi. Hər şeyin saatı dəqiq idi. Adi bir səhv, məsələn bir aktyorun hazırlıq müddətinin uzanması çəkiliş saatının uzanması demək idi. Günün sonunda hansısa səhnə çəkilməsə, ciddi problem yaranırdı. Çünki ciddi vəsaitdən söhbət gedirdi və bu da büdcəyə ziyan idi.

- Rəna xanım, jurnalistikadan reklam sektoruna necə keçdiniz?

- Əslində, elə planım yox idi. Məqsədim jurnalist olmaq idi. Amma həmişə qəzetdə yazmaqdan çox, insan həyatlarının hekayəsini çəkməyi düşünürdüm. Maraqlı insanlar, maraqlı həyat hekayələrini yazmaqdansa, çəkməyi daha üstün tuturdum. Əslində, az da olsa jurnalistikaya oxşayır. Burada da "necə çəkək ki, insanlar üçün daha maraqlı olsun" fikirləri əsasdır. Amma jurnalistikadan ayrılıb, bu sahədə işləmək planlarımda yox idi.

- Bəs Hollivud macərası necə başladı?

- Hollivud işi karyeramda çox böyük təcrübə oldu. Çünki bizim üçün Türkiyə bazarı nə qədər peşəkar görünürsə, Türkiyədən baxanda da Hollivud böyük bazar və daha professional sistemdir. "Çarlinin mələkləri" çəkiləndə səs-sədası yayılmışdı. Filmin bir hissəsi Almaniyada, bir hissəsi də Türkiyədə çəkilirdi. Mən də orada işləmək üçün CV göndərdim. Türkiyə tərəfi məni çağırıb müsahibə apardı. Daha sonra Hollivud qrupu müsahibə etdi və seçildim. Məni baş rol aktyorları ilə işləmək üçün təyin etdilər. Hamısı peşəkar və ekranlarda həvəslə izlədiyim aktyorlar idi.  Film 3 ay Almaniyada, 10 gün Türkiyədə çəkildi. 2019-cu ilin noyabrından nümayiş olunacaq.

- Adətən, Türkiyədə aktyorlar iş saatının çoxluğundan şikayət edirdilər? İş saatı necədir?


Xəbərə aid fotolar