Dünyanın ən böyük və ən qədim maşın qəbiristanlığı FOTO


Digərləri 27 Yan 2019 21:59:00 794 0

Dünyanın ən böyük və ən qədim maşın qəbiristanlığı  FOTO

ABŞ-ın Atlanta şəhərindən 50 mil məsafədə meşə sahəsi yerləşir.

Son.az ölkə.az-a istinadən bildirir ki, meşə köhnə maşınlarla doludur. Meşənin girişində "Dünyanın ən qədim maşın qəbiristanlığı, 80 il" yazılı lövhə var.

Hazırda qəbiristanlıqda 4 mindən çox klassik avtomobil var. Onların böyük əksəriyyəti 1972 və daha əvvəlki illərdə istehsal edilib. Burada "Ford", "Cadillac" və hətta 1941-ci ildə istehsal edilən, nadir tapılan "Mack" yük maşını da var.

Qəbiristanlığın tarixi 1931-ci ildən başlayır. Lyuis ailəsi Uayt şəhərciyində univermaq açdı. Onlar univermaqda avtomobil ehtiyat hissəsindən tutmuş paltara qədər müxtəlif şeylər satırdılar. ABŞ ikinci dünya müharibəsinə qoşulanda polad və təkər resursları azaldı və Lyuislər bizneslərinə zibilxananı da əlavə etdilər. Onlar köhnə maşınları alır, ehtiyat hissələrinə ayıraraq satırdılar.

1940-cı illərin sonunda univermaq yararsız avtomobillərin sökülmə məntəqəsinə çevrildi. Bu dövrdə isə qəbiristanlığın indiki sahibi Din Lyuis anadan oldu. Din uşaqlıq dövrünü maşınlarla oynamaqla keçirib. 1970-ci ildə ailə biznesi Dinin ixtiyarına keçdi. O, qərara gəldi ki, avtomobilləri təkcə söküb satmaq yox, eyni zamanda saxlamaq da lazımdır.


Xəbərə aid fotolar