Qurbanlarını sabuna və keksə çevirən dəhşətli qatil Çiançullanın HƏYATI FOTOLARLA


Digərləri 27 Yan 2019 21:35:00 304 1

Qurbanlarını sabuna və keksə çevirən dəhşətli qatil Çiançullanın HƏYATI FOTOLARLA

Bu hadisə ötən əsrdə İtaliyada baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Leonarda Çiançulli adlı qadın 1939-cu ildə böyük oğlunun orduya aparılacağını eşitdi və qərara gəldi ki, oğlunu xilas etmək üçün insan qurbanı lazımdır.

1939-cu ildən 1940-cı ilə qədər Leonarda 4 günahsız qadını qətlə yetirib. Sxem isə eyni idi. Çiançulli tənha qonşuları evinə çağırır, çaxıra və narkotik maddəyə qonaq edir sonra isə balta ilə qətlə yetirirdi. Qadın meyitləri doğrayaraq kaustik duzda əridir, qalıqlardan sabun bişirirdi. Qanı isə keks bişirmək üçün saxlayırdı. Qətllərə görə Çiançulli 30 il həbs cəzasına məhkum edildi və 3 ilini cinayətkarlar üçün nəzərdə tutulmuş psixiatrik xəstənada yatdı.

Korrecolu Sabun bişirən ləqəbi ilə tanınan Leonarda 1894-cü ildə anadan olub. Onun uşaqlıq dövrü xoş keçməyib. Anası zorlandıqdan sonra hamilə qalıb və Leonarda dünyaya gəlib. Qadın anasına bütün qəlbi ilə nifrət edib. Yeniyetmə yaşlarında Çiançulli iki dəfə özünə qəsd etmək istəyib. 

1914-cü ildə kiçik məmur Raffael Pansardi ilə ailə qurdu. Raffaelin ailəsi cəmiyyətdə yüksək mövqe tutduğu üçün bu nikahdan narazı idi. Çiançulli isə iddia edir ki, toydan sonra anası ona qarğış edib. Təbii ki, bunun bir sübutu yox idi.

Toydan bir neçə il sonra Leonardanı fırıldaqçılığa görə həbs etdilər. 3 il sonra isə zəlzələ nəticəsində evi dağıldı. Bundan sonra cütlük Korrecoya köçdü və burada Çiançulli dükan açaraq yaxşı qonşu, qayğıkeş ana obrazı yaratdı.

Nikah ərzində qadın 17 dəfə hamilə qaldı. 3 uşaq ana bətnində, 10 uşaq isə kiçik yaşında dünyasını dəyişdi. Bu səbəbdən o, 4 sağ qalan övladını göz bəbəyi kimi qorumağa başladı. Bundan sonra qadın Xiromant (falçı, rahib) yanına getdi. O, dedi: "sizin sağ əlinizdə həbsxana, sol əlinizdə psixiatrik klinika görünür".

Leonarda anasının qarğışının onu tutduğuna inanırdı və xürafatçıya çevrildi.  Qətl isə oğlunun hərbi xidmətə aparılması ilə əlaqədar idi. O, düşündü ki, bu bədbəxtçliyi dəf etmək üçün insan qurbanı lazımdır.


Xəbərə aid fotolar