Qarındakı piyləri yandıran bitki çayları


Digərləri 27 Yan 2019 20:55:00 227 0

Qarındakı piyləri yandıran bitki çayları

Artıq çəkidən xilas olmaq və qarnınızdakı piyləri əritmək istəyirsiniz?

Son.az "ölkə.az"ın mövzü ilə əlaqədar qısa araşdırmasını təqdim edir.

Qarnınızdakı artıq piylərdən qurtulmaq üçün təbii vasitələrdən faydalana bilərsiniz. Bunun üçün gün ərzində iki fincan bitki çayı içə bilərsiniz. 

Təqdim etdiyimiz seçimlərdən istifadə edərək hər həftə müxtəlif  bitki çaylarını içə bilərsiniz. 

Darçın çayı

Aparılan araşdırmalar darçının qan şəkərini və insulini stabilləşdirdiyi göstərib. Gün ərzində iki fincan darçın çayı içərək iştahınızı tənzimləyib, qarın yağlarınızı əridə bilərsiniz. 

Darçın çayının resepti

Bir ədəd quru darçın çubuğunu 1 fincan suda vam xodda qaynadaraq süzün. Çayınız hazırdır.

Qarın piylərini yandırmaq üçün bitki çaylarını günortadan sonra və axşam yeməyindən iki saat əvvəl içə bilərsiniz. 

Yaşıl çay 

Arıqlamaq istəyənlərin ən böyük köməkçisi yaşıl çaydır.