Qripin ağırlaşmalarının qarşısını almaq üçün...


Digərləri 27 Yan 2019 20:24:00 230 0

Qripin ağırlaşmalarının qarşısını almaq üçün...

"Orthomixoviruses" ailəsindən olan qrip virusunun cinsi influenza tipləri A, B və C-dir. Virusun 135 mümkün kombinasiyasından insanlarda A (H1N1), A (H2N2) və A (H3N3) növlərinə rast gəlinir. A, B və C qripləri antroponozdur, hava-damcı, fekal-oral yollarla ötürülür. Ətraf mühitə zəif davamlıdır. Belə ki, mikrobioloji tədqiqatlar zamanı virus 56°-yə qədər qızdırılanda, qurudulanda, zəif konsentrasiyalı xlor, ozon ultrabənövşəyi şüaların təsirinə məruz qalanda tez məhv olur. Əksinə, aşağı temperaturda, yəni hərarət -25°-dən -70°-dək olarsa, virus uzun müddət qalır. Ona görə də qrip mövsümi xəstəlik adlanır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova məlumat verib.

Pediatr, qripin ağırlıq dərəcələrinə görə tipik formalarının təsnifatı haqqında məlumat verərək deyib: "Təsnifata görə xəstəliyin yüngül formasında insanın hərarəti 38°-yə qədər yüksəlir. Orta-ağır formada temperatur 38,5-39,5° arasında tərəddüd edir. Bu zaman aşkar intoksikasiya, respirator sindromu - traxeit, larinqotraxeit baş verir. Həmçinin ağciyərlərin bir payında seqmentar xarakterli zədələnmələr, ürək-ağciyər çatışmazlıqları qeydə alınır. Ağır və ya toksiki formada isə hərarət 40-40,5°-dək yüksəlir, toksiki ensefalopatiya, damar pozulmaları - hemorragiya şəklində qanaxmalar, o cümlədən qusma, meninqizm, ödem-hemorragik sindrom, yəni hemorragik pnevmoniya, beyin ödemi baş verir. Ağırlıq dərəcəsinə görə isə sonuncu forma ildırımvari, yəni hipertoksik formadır".

Həkim bildirib ki, qripin fəsadları spesifik və qeyri-spesifik bakterial olur. Spesifik fəsadlara ensefalit, meninqoensefalit, seroz meningit, Giyen-Barre sindromu, yəni ətraflarda hissiyyatın saxlanması ilə gedən əzələlərin periferik iflici, o cümlədən kəskin stenozlaşmış larinqotraxeit - hürücü öskürək, səsin batması, inspirator təngnəfəslik, qırtlağın stenozu aiddir. Bundan başqa, pnevmoniya, miokardit də spesifik fəsadlar sırasına daxildir. Qeyd etmək istərdim ki, larinqotraxeit xəstəliyi respublikada yalnız bizim xəstəxanada müalicə olunur.

"Qeyri-spesifik ağırlaşmalar zamanı pnevmoniya, lor orqanların zədələnməsi, yəni otit, sinusit müşahidə edilir. Həmçinin sidik kisəsinin zədələnməsi - sistit, böyrək ləyənlərinin zədələnməsi - pielit də qeydə alınır.


Xəbərə aid foto