Xəstə ilə seksdən danışmaq daha rahatdır, nəinki... Məşhur həkimdən İNANILMAZ SÖZLƏR FOTO


Digərləri 27 Yan 2019 20:19:00 301 0

Xəstə ilə seksdən danışmaq daha rahatdır, nəinki...  Məşhur həkimdən İNANILMAZ SÖZLƏR  FOTO

Son illər psixoterapevtlərə olan tələbat artıb. Kimin artıq pulu varsa, problemlərini, həyat yolundakı düyünləri bu sahənin mütəxəssislərinin qəbuluna getməklə çözməyə çalışır. Bəs gəlin görək, psixoterapiya, psixoanalitika haqqında nələr bilirik. Həqiqətənmi onlar bizim mənəvi dünyamızın günəşini par-par parıldadırlar.

Son.az bildirir ki, publika.az-ın müsahibi Finlandiyanın məşhur psixoanalitiki Lyavas Kovarskis çoxumuzu düşündürən sualları cavablandırdı.

- Doktor, psixoanalitik peşəsini necə xarakterizə edək?

- Heç düşünmüsünüz ki, ruhu, mənəviyyatı ağıryan insanlarla çalışan prixoterapevtlərin müəllimi kimlərdir? Təbii ki, psixoanalitiklər. Çox vaxt psixoterapevtləri ali zümrənin rahibləri adlandırıram. Çünki onlar da söhbət vasitəsilə qarşılarındakı insana kömək etməyə çalışırlar. Yeni ümidlər, rahatlıq bəxş edirlər. Dərdli insan da tənhalıqdan qurtulur, içindəki acının kökünü tapır. Belə deyim, psixoterapevtlər insanı cəmiyyətə bağlayan çox güclü tellərdir. İstənilən rahib, yaxud digər dini xadimləri də bu işlə məşğuldur, elə deyil?

- Doğrudur.

- Elə ən primitiv misal: ata-babalarınızın ruhu canınıza girib sizə rahatlıq vermir. Bədəninizdəki cini qovmaq üçün şamandan yardım istəyəcəksiniz. Ən böyük günahınızı kilsədə rahib dinləyib, qəlbinizi körpə kimi məsum olanadək təmizləyəcək. Psixoterapevt də buna bənzər missiyanı daşıyır. Siz onun qəbulundan çıxıb dərin nəfəs alırsınız. Bu böyük planetdə tək olmadığınızı anlayırsınız.

- Belə çıxır ki, psixoterapevtin qəbuluna düşmək üçün xərclədiyimiz pullara qənaət edərək din xadimlərinin də yanına gedə bilərik?

- Baxın, burada incə məqam var. Psixoterapevt xüsusi etik normanın müəllifidir. O, insanın ali məhkəməsini öz içində tapması üçün çalışır. Öz hərəkətlərinə obyektiv qiymət verib daxili harmoniyanın mənbəyinin yalnız özü olduğunu öyrədir. Ətrafdakılara qarşı obyektiv mövqedə durmağı aşılayır. Yəni nə valideynlər, nə tanrı, lap elə qanun məhkəməsi belə, içinizdəki hakimdən daha qüdrətli deyil.

- Belə çıxır ki, psixoterapiya ən ədalətli dindir? Yaxud insan duyğularının dinidir?

- Psixologiya sözündəki "loqos" elm deməkdir. Bu elm qədim Yunanıstanda yaradılıb. Mənəviyyat haqda elm deməkdir. Hissləri, emosiyaları öyrənib. Məsələn, insan həyəcanlananda əlləri niyə tərləyir, ürəyi daha sürətlə döyünməyə başlayır və s. Lakin illər ötdükcə psixologiya psixiatriyanın bir qoluna çevrilib. Yəni kimyəvi preparatlarla paralel müalicə növü sayılmağa başlayıb. Lakin müəyyən müddət sonra psixologiya psixoterapiya adlı övladını dünyaya gətirdi və yenidən insanların ruhunu sözlə, ünsiyyətlə sağaltmağa başladı. Bu baxımdan fikrinizlə razılaşa bilərəm.

- Bəzən bizə yol göstərmək istəyən insanların fikrini dinləməkdən qaçırıq. Bu nə dərəcədə doğru mövqedir?

- Düşünürəm ki, tam sağlam mövqedir. İnsan öz qərarlarını düşünüb vermək istəyirsə, burada pis nə ola bilər ki?! Amma inanmaq istərdim ki, həmin şəxs düşüncələrinin onun həyatını idarə etdiyinin də fərqindədir. Bunu dərk etmək xoşbəxtliyi isə hər kəsə nəsib olmur. Yalnız bu məqamda psixoterapevtə müraciət etmək olar. Sadaladıqlarımın fərqində olanlar isə ruhlarını kömək olmadan sağaltmaq iqtidarındadırlar. Çünki heç bir mütəxəssis sizin duyğularınızı özünüzdən yaxşı anlaya bilməz.


Xəbərə aid fotolar