Dünyanın ən qəribə avatar müsəlmanları...


Digərləri 27 Yan 2019 19:25:00 246 0

Dünyanın ən qəribə avatar müsəlmanları...

Afrikanın ən qəribə və əsrarəngiz qəbilələrindən bri də tuareqlərdir. Qədim adətlərə sahib çıxan bu qəbilənin bir sıra qeyri-adi özəllikləri var. Tuareqlərin ətraf aləmdən ən başlıca fərqləri odur ki, qəbilədə ana xaqanlığı hökm sürür.

Ancaq bu qəbilə qızlarına toya qədər bir neçə oğlanla münasibətdə olmaq izni verir. Özü də qızlar tək münasibətlə kifayətlənməyib, cinsi həyatlarını da arzuladıqları kimi yaşayırlar. Oğlanlar isə yetkinlik yaşına çatan kimi başlarını qalın örtüklə bağlamalıdırlar.

Daha bir maraqlı məqam da odur ki, tuareqlər müsəlmandırlar. Lakin dini inancları olduqca orijinaldır. Hələ qədim zamanlardan bu qəbilənin oğlanları yetkinlik dövrünə yetişəndə, başlarını və üzlərini bağlayıblar. Həddi buluğa yetişən hər bir oğlana atası qılınc və üz örtüyü hədiyyə edir. Onsuz küçəyə çıxmaq, hətta yemək və yatmaq da qadağandır.