“Sarı jiletlilər”in lideri saxlanıldı


Dünya 27 Yan 2019 17:48:00 211 0

“Sarı jiletlilər”in lideri saxlanıldı

Fransada "Sarı jiletlilər" hərəkatının liderlərindən olan Maksim Nikol polis tərəfindən saxlanılıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, buna səbəb Nikolun Bordo şəhərində keçirilən aksiyalar zamanı polisin xəbərdarlığına məhəl qoymayaraq insanları etiraza davam etdirməyə çağırmasıdır.

Maksim Nikol saxlanılmadan əvvəl jurnalistlərə verdiyi açıqlamada ""Sarı jiletlilər" hərəkatının bitdiyini deyənlər diqqətlə baxsın. Yanvar ayıdır və biz hələ buradayıq. Aksiyalar gərəkdiyi qədər davam edəcək" deyib.