Qvardiola La Liqa klubunda


Digərləri 27 Yan 2019 12:58:00 309 0

Qvardiola La Liqa klubunda

İspaniyanın "Valyadolid" klubu heyətini yeni futbolçuyla gücləndirib.

Son.az Komanda.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi Sequndada çıxış edən "Kordoba"dan Serxi Qvardiolanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı forvardla 2023-cü ilə qədər müqavilə imzalanıb.