Çox adam qorxur, amma o, 32 ildir bu işi görür


Digərləri 27 Yan 2019 12:28:00 266 0

Çox adam qorxur, amma o, 32 ildir bu işi görür

"Bir dəfə yuduğum meyitlərdən birindən çox təsirləndim. 2 il əvvəl həyatını itirən bir nənə gətirdilər. Yuyarkən ondan gələn o gözəl qoxunu heç cür unuda bilmirəm"

Bursanın İnegöl qəsəbəsinin bələdiyyə xidmət evində vəzifə yerinə yetirən qadınlar hər gün onlarla meyit yuyub, kəfənləyir. Aldıqları təhsil və sertifikat nəticəsində ölüləri yumağa başlayan qadınlar, adı belə qorxunc olan peşələrini sevərək edirlər. 

Son.az sherg.az-a istinadən xəbər verir ki, bir çox qadının görməyə belə qorxduğu ölüləri yuyub, təmizləyib, kəfənləyən qadın xidmətçilər peşələrindən dolanırlar. Cəsarət edilməsi çətin olan bir peşəni icra edən qadın xidmətçilərdən biri də Fatma Topçudur.

3 qadın ildə minə yaxın ölü yuyur, eyni zamanda ölü yaxınlarının ağrılarını hiss edirlər. 32 ildir bu peşənin öhdəsindən gələn Fatma Topçu, "Həyat yoldaşım dindardır. Bu peşəyə qayınanam təşviq etdi. Sən edərsən, cəsarətlisən, qorxmursan dedi. O zaman 20 yaşım vardı və 32 ildir bu işi icra edirəm. Bizim işimizdə qəzalar da ola bilir, körpələrdə, yəni hər cür hadisə baş verir. Təbii insan kədərlənir, amma hər şey burada qalır. İşimiz bitir gedir, amma onu evə yansıtmayırıq. Ətrafımda işimi eşidənlərin fərqli reaksiyaları olur. Bəziləri qorxur, bəziləri çəkinir. Bəziləri mənim bişirdiyim yeməyi yemək istəmirdi. Mən də onlara biz maska taxırıq, əlimizdə əlcək, ayağımızda çəkmələrimiz var, yəni hər cür gigiyenik qaydalara əməl edirik. Yoxsa mən də yeyə bilməm. Bəzi insanlar iyrənir, Allaha şükrlər olsun ki, mənim belə bir xasiyyətim yoxdur" deyir. 


Xəbərə aid fotolar