Yaponiyadan Şimali Koreyaya şok müraciət:


Dünya 27 Yan 2019 11:28:00 224 0

Yaponiyadan Şimali Koreyaya şok müraciət:

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, hökumət Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən oğurlanan bütün yaponların gələn ay nəzərdə tutulan ABŞ-KXDR sammitinədək vətənə qaytarılmasında qətiyyətlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, oğurlanma probleminə cavabdeh olan Y.Suqa bu barədə Oskada keçirilən yığıncaq zamanı bildirib. Həmin tədbir mərkəzi hökumət ilə Osaka prefekturasının rəhbərliyi tərəfindən ictimaiyyətin oğurlanma ilə əlaqədar daha ətraflı məlumatlandırılması məqsədilə təşkil olunub.