Meksikada boru kəmərində partlayış:


Digərləri 27 Yan 2019 09:59:00 278 0

Meksikada boru kəmərində partlayış:

Meksikada boru kəmərində baş verən partlayış nəticəsində həlak olanların sayı 114-ə çatıb. Daha öncə 109 nəfərin öldüyü bildirilirdi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, paytaxt xəstəxanalarında daha 33 nəfər qalır, xəsarət alanlardan 3-ü Texasda müalicə alır. Son məlumatlara əsasən, yanıqların yetirdiyi zədələrdən 46 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda icazəsiz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində partlayış baş verib.

Son.az