XX əsrin açılmayan sirri Üçüncü Reyxin yoxa çıxan rəhbərləri (4cü yazı)


Digərləri 27 Yan 2019 08:39:00 486 0

XX əsrin açılmayan sirri  Üçüncü Reyxin yoxa çıxan rəhbərləri (4cü yazı)

İkinci dünya müharibəsi başa çatanda Almaniyanın yüksək vəzifəli rəhbərləri ölkələrinin məğlub olacağını anladılar.

1945-ci ildə SS qoşunlarının keçmiş döyüşçülərinin təşkilatı yarandı. Bu strukturun tapşırığı yüksək rütbəli alman hərbçilərinə kömək etmək idi. Amma təşkilatın maddi imkanları zəif idi. Almanlar müharibə vaxtı ələ keçirdikləri sərvəti SS zabitlərini Latın Amerikası, Yaxın Şərq və Afrikaya yola salmağa xərclədilər.

Son.az ölkə.az-a istinadən izi-tozu bilinməyən nasist liderləri haqqında geniş yazının dördüncü hissəsini təqdim edir.

Henrix Müller

Yoxa çıxan nasistlərdən biri də SS qruppenfüreri Henrix Müllerdir. Bu məsələdə də Bormanın cinayət işində olduğu kimi əsas sual Müllerin sağ qalıb-qalmamasıdır.

Tarixi faktlara baxsaq, Müllerin sağ qaldığı barədə şahid ifadələri çoxdur. Bundan başqa rəsmi sənədlərə əsasən, Hitlerin təyyarələrindən biri 1945-ci ilin aprel ayında Mülleri İsveçrə ilə sərhəd rayonlarından birinə aparıb. Burada isə ona heç kəs və heç nə plastik əməliyyat etmək, məxfi hesablarda olan pul ilə yaşamağa mane olmurdu.

Nəticədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri Müllerin izinə düşdü. Onlar əvvəlcə Villi Krixbaumanı izləməyə başladılar. Villi müharibə illərində Müllerin adamı olub və müntəzəm olaraq onunla görüşüb. Müharibədən sonra isə Krixbauman BND (Almaniya kəşfiyyat qurumu) tərəfindən öz tərəflərinə çəkildi.


Xəbərə aid fotolar