Bu xəstəliyə inkişaf etmiş ölkələrin əhalisi yoluxur Alimlərdən xəbərdarlıq


Digərləri 27 Yan 2019 07:55:00 274 0

Bu xəstəliyə inkişaf etmiş ölkələrin əhalisi yoluxur  Alimlərdən xəbərdarlıq

Yüksək şüalanma kanadalı alimləri həyacan təbili çalmağa vadar edib. Elektro hiper həssaslıq kimi tanınan bu xəstəliyə daha çox inkişaf etmiş ölkələrdə yaşayan əhali yoluxur. Bunu 21 əsrin vəbası da adlandırırlar.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlərin könüllülər üzərində apardıqları araşdırmalar bunu bir daha sübut edib. Məlum olub ki, könüllülərin bir gecə mobil telefonla yatması səhər insult simptomlarıyla ayılmalarına kifayət edir. Bu həqiqətən xəstəlikdir, yoxsa sadəcə adi şayiədir? 

Kanadanın Trent Universitetinin professoru Maqde Haves 10 ilə yaxındır ki, şüalanma ilə bağlı araşdırma aparır. O, mobil telefonların insan orqanizminə olan zərərlərini və qan hüceyrələrinə ziyanını sübut edib. Onun sübutlarından biri isə mikrodalğalı sobaların işlədiyi otaqdan əlavə bütün evə şüa yaymasıdır. Hazırda isə dünya şüalanma üzrə ən pik həddədir. Onun sözlərinə görə elektro hiper həssaslıq allergiyası getdikcə insanların bütün orqanizminə hakim kəsiləcək. Şüalanma mikrodalğalı sobalardan, vay-fay (wi-fi) şəbəkəsi və mobil cihazlardan daha geniş yayılır. Bu xəstəliyin əlamətləri aşağıdakılardır: 

- Güclü baş ağrıları;

- Yuxusuzluq; 

- Yaddaş zəifləməsi; 

- Diqqət dağınıqlığı;