Alimlər: İqlim dəyişiklikləri silahlı münaqişələrə və kütləvi miqrasiyaya səbəb olur


Digərləri 27 Yan 2019 07:11:00 473 0

Alimlər: İqlim dəyişiklikləri silahlı münaqişələrə və kütləvi miqrasiyaya səbəb olur

Alimlər iddia edirlər ki, iqlim dəyişiklikləri silahlı münaqişələrin və son illər Avropanı bürüyən kütləvi miqrasiyanın əsas səbəblərindən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Tətbiqi Sistem Analizi İnstitutunun alimlərindən ibarət qrup bu iddiaları elmi cəhətdən əsaslandırıb. Sübut olunub ki, son illər Yaxın Şərq ölkələrində və Afrikada silahlı münaqişələrin artması və Avropaya kütləvi köçün başlanması quraqlıq, sel və daşqınların statistikasındakı yüksəlişlə bilvasitə əlaqəlidir. Alimlərin tədqiqatlarının yekunu olan hesabatda bildirilir ki, 2010-cu ildə Tunis Liviya Yəmən və "ərəb baharı"nın baş verdiyi digər ölkələrdə iqlim amili əsas rol oynayıb. Belə ki, bu regionda orta temperaturun yüksəlməsi və uzun sürən quraqlıq içməli su çatışmazlığı, quraqlıq nəticəsində kənd təsərrüfatı məhsullarının məhv olması ilə nəticələnib ki, bu da həmin ölkələrdə urbanizasiya prosesini gücləndirib. Şəhərlərdə isə işsizlik və evsizlik şəraitində yaşayan insanlar siyasi gərginliyin artmasında əsas rol oynayıblar. Bütün bunların nəticəsində vətəndaş müharibələri və kütləvi köç prosesi başlayıb.