Dünya dövlətlərinin başçıları nikah dövründə necə dəyişiliblər? FOTO


Digərləri 27 Yan 2019 07:00:00 479 0

Dünya dövlətlərinin başçıları nikah dövründə necə dəyişiliblər?  FOTO

Dünya dövlətlərinin başçıları kimi onların həyat yoldaşları da mətbuat üçün hər zaman maraqlı olub.

Son.az ölkə.az-a istinadən bir çox dövlət başçısı və birinci xanımının evləndiyi gündən bu günə qədər necə dəyişdiyini fotolarla oxucularına təqdim edir.

Donald və Melaniya Tramp

ABŞ-ın birinci cütlüyü 2005-ci ildən evlidir. Melanyenin 34, Trampın isə 58 yaşı var idi.

2004/2006

Melanya Sloveniyadan olan keçmiş foto modeldir. İşi sayəsində milyarder Donald Trampla tanış olub.

2008/2010

2012/2014

2018

1999-cu ildə Melanya Knavs "Allure" jurnalına çəkilirdi. Jurnalın sahibi isə Tramp idi. 6 il sonra isə gözəl Melanya ABŞ-ın gələcək prezidentinə ərə getdi.

Emmnuel və Bricit Makron

Fransanın birinci cütlüyü 2007-ci ildən evlidir. Makron gələcək arvadını 15 yaşından sevir.

Bricit Tronyö ona ədəbiyyat fənnindən dərs deyib və 24 yaş böyükdür. Yeniyetmə müəlliminə aşiq oldu və 17 yaşı olanda evlənmək istədiyini bildirdi.

Təbii ki, Bricit buna təbəssümlə cavab verdi. Çünki həm 24 yaş böyük idi, həm də ailəli idi. Onun Emmanuel boyda övladı var idi. Bundan başqa, Bricitin bir qızı Emmanuellə eyni sinifdə oxuyurdu.