Yaponiyada əcnəbi işçilərin sayı rekord həddə çatıb


Dünya 27 Yan 2019 06:30:00 327 0

Yaponiyada əcnəbi işçilərin sayı rekord həddə çatıb

Yaponiya hökumətinin rəsmi statistik məlumatlarına əsasən, ötən il ölkədəki əcnəbi işçilərin sayı rekord həddə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi işəgötürənlərdən aldığı məlumat əsasında bu barədə statistik göstəricini yayıb.

Nazirliyin nümayəndələri bildiriblər ki, ötən il oktyabrın 31-ə olan məlumata görə Yaponiyada əcnəbi işçilərin sayı 1 milyon 460 min nəfərə çatıb. Bu, ötən ilin müvafiq göstəricisindən 180 min nəfər çoxdur. Artıq altı ildir ki, həmin göstərici dayanmadan artır.