Gürcülər üçün canından keçən azərbaycanlı, erməni qatilə ucaldılan abidə FOTO


Digərləri 27 Yan 2019 05:30:00 467 0

Gürcülər üçün canından keçən azərbaycanlı, erməni qatilə ucaldılan abidə  FOTO

Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan Ənvər Hümbətov, digər isə Abxaziya və Qarabağda dinc insanları öldürdüyünə görə heykəli qoyulan Mixail Avakiyan!

Son.az bildirir ki, Gürcü-Abxaz müharibəsi zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən yüzlərlə azərbaycanlı olub. Sosial şəbəkələrdə Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan Ənvər Hümbətovla bağlı paylaşım diqqətimiz çəkdi.

Əslində Ənvər Hümbətov kimdir?

Gürcüstanın və Azərbaycanın igid oğlu ilə bağlı qısa araşdırma apardıq. Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi Ərəstü Həbibbəyli qələmə aldığı "Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə erməni Baqramyan batalyonu ilə Borçalı azərbaycanlıları üz-üzə" analitik yazısında qəhrəmanın adını çəkir. Daha sonra soydaşlarımızın qəhrəmanlığı ilə bağlı Tbilisi Texniki Universitetinin assistent-professoru David Maysuradzenin gürcü dilində "Vətən oğulları" kitabında da qəhrəman haqqında məlumat verilib.

Marneulidən Ənvər Hümbətov 30 dekabr 1994-cü ildə ölümündən sonra Gürcüstanın dövlət mükafatı - "Vaxtanq Qorqasali'' ordeninə layiq görülüb.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri Ənvər Hümbətov haqqında geniş məqalə yaradıblar.


Xəbərə aid fotolar