Tədqiqatçıların fikrincə, Aral dənizinin 17,6 min il yaşı var


Digərləri 27 Yan 2019 00:45:00 443 0

Tədqiqatçıların fikrincə, Aral dənizinin 17,6 min il yaşı var

Bir qrup ABŞ və Rusiya alimi tədqiqatlar apararaq, Aral dənizinin 17,6 min il əvvəl yarandığını tutarlı şəkildə əsaslandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatların əsas hissəsi Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sobolev adına Geologiya və Mineralogiya İnstitutu və ABŞ-ın Arizona Universiteti tərəfindən aparılıb.

ABŞ və Rusiya alimləri Aral dənizinin geoloji tarixi barədə yeni məlumatlar əldə etmək üçün keçmiş çökəyin şimal hissəsində bir neçə quyu qazıblar və gölün çöküntü qatını öyrənməyə başlayıblar. Litologiya (çökmələrin tərkibi) və mikrofauna (qabıq hissəsi kalsium karbonatdan olan xırda və mikroskopik su orqanizmləri - ostrakodlar və foraminiferlər) da tədqiq edilib.

Məlumatda deyilir: "Alimlər ilk dəfə tutarlı şəkildə müəyyən ediblər ki, müasir Aral dənizi (sututarın sahəsinin azalmağa başladığı ötən əsrin 1970-ci illərinə qədər olan ölçülərdə) təqribən 17,6 min il əvvəl yaranıb".

Bu qənaət molyusk və ostrakodların qabıq hissələri radiokarbon tarixləri silsiləsi əsasında əldə edilib.