Günün qoroskopu: Xoş sürprizlər istisna deyil


Digərləri 27 Yan 2019 00:01:00 436 0

Günün qoroskopu: Xoş sürprizlər istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - məhsuldar fəaliyyətə mane olacaq kiçik ixtilaflar və fikir ayrılıqları yarana bilər. Rəğbət bəsləmədiyiniz insanlarla çalışmalı olacaqsınız. Emosiyalarınıza hakim olun. Əks təqdirdə mübahisə və ya münaqişə yarana bilər.

Maliyyə çətinlikləri istisna deyil. Borc almaq məsləhət deyil.

Peşəkar fəaliyyət sahənizlə bağlı önəmli məsələni müzakirə etməyin. Təşşəbbüsləri sabaha saxlayın.

Yaşlı qohumlar və təcrübəli dostların məsləhətlərinə qulaq asın.  

Buğa - bədxərc olmayın, pulları hara gəldi xərcləməyin. Lazım olmayan əşyalar almayın. Arzularınızın hamısını reallaşdırmaq mümkün deyil. İşləri təxirə salmayın, mühüm məsələlərə laqeyd yanaşmayın. Dəvət aldığınız tədbirdə yanlış davranış stili seçərək naqolay vəziyyətə düşməyin.

Hüquqi məsələləri həll etməyə çalışmaq, sənədləşdirmə ilə məşğul olmaq üçün əlverişsiz gündür. Yalnız yaxşı hazırlaşandan sonra yola çıxın.

Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.

Əkizlər - başladığınız işlərdə ulduzların himayəsinə bel bağlaya bilərsiniz. Bəzən çətinliklər yaransa da, narahat olmayın. Yolunuzdakı səd və maneələri qətiyyətlə, ruh yüksəkliyi ilə dəf edin. Nüfuzlu şəxslərlə görüşlər yaxşı keçəcək. Yeni tanışlarınızda xoş təəssüratlar oyatmağa çalışın.

Alış-veriş, interyer əşyaları və mebel almaq üçün əlverişli zamandır. Təmir və ya köçlə bağlı məsələləri müzakirə etmək olar.

Xərçəng - çox işlər görmək gərəkdir. Qüvvələrinizi düzgün paylaşdırın. İntuisiyaya əsaslanaraq hərəkət edin. Nəyi nə zaman etmək gərəkdiyini təhtəlşüurunuz deyəcək.

İşgüzar danışıqlar, uzunmüddətli əməkdaşlıq və ya iş yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır.

Təhsil və biliklərin artırılması üçün uğurlu gündür.

Günün ikinci yarısında səhhətinizdə yaranan kiçik problemlər sizi bəzi planlardan imtinaya vadar edəcək. Qüvvənizi bərpa edin.

Darıxmaycaqsınız. Qeyri-adi və maraqlı işi çətinlik çəkmədən tapacaqsınız.

Şir - gərgin və çətin gündür. Əvvəlki günlərlə müqayisədə münaqişələrin sayı artır. Emosiyalarınıza hakim olun. Əks təqdirdə bədxahlarla düşmənlərinizin sayı arta bilər. Yaradılmasına xeyli səy və zəhmət xərclədiyiniz münasibətlərdən biri göz qabağında darmadağın olacaq. Situasiyanı dəyişmək üçün təcili addımlar atın.

Ailə üzvləri il təmaslarda sınaq zamanıdır. Ev və məişət qayğıların çözülməsi xeyli vaxt alır. Nüfuzunuz sınanır.

Günün ikinci yarısında köhnə dostlardan xoş xəbərlər alacaqsınız.

Qız - işgüzar danışıqlar, sözlərinə önəm verdiyiniz insanlarla ünsiyyət üçün əlverişli zamandır. İşdə müsbət dəyişikliklər mümkündür. Çoxdankı plan və niyyətlərinizdən birini gerçəkləşdirmək imkanları var.

Yeni müttəfiqlər peyda olur. Onlardan anlayış və mənəvi dəstəklə yanaşı, yetərincə real yardım gözləmək olar.