Təzyiqi əla salan 5 təbii vasitə


Digərləri 26 Yan 2019 23:57:00 446 0

Təzyiqi əla salan 5 təbii vasitə

Bütün dünyada ölümün əsas səbəbi ürək-damar xəstəlikləri sayılır.

Bu xəstəliklərin isə əsas səbəbi yüksək təzyqdir. Mütəxəssislər təzyiqə daim nəzarət etməyi və onu normada saxlamağı tövsiyə edirlər. Bu məqsədlə hipertoniya xəstələrinə təzyiqi salan dərman preparatları təyin olunur. Bəzi təbii vasitələr də təzyiqi salmağa yardım edə bilər.

Son.az saglamolun.az-a istinadən bu vasitələrdən bəzilərini təqdim edir:

1. Reyhan

Sidikqovucu və iltihab əleyhinə təsirə malik olan reyhan təzyiqi salmağa kömək edir.

Təzyiqi salan reyhan dəmləməsinin resepti: 1 x.q. xırda doğranmış reyhanın üzərinə 1 stəkan isti su tökün, soyuyanda adi çay kimi için.

2. Darçın

Antioksidant və efir yağları ilə zəngin olan darçın həmçinin təzyiqi salmaq xüsusiyyətə malikdir.

Bu məqsədlə darçını qatığa (1 ç.q. darçın + 1 stəkan təzə qatıq) əlavə etmək və ya isti suda (1 ç.q. darçın + 1 stəkan isti su) dəmləmək olar. Bu vasitələr həmçinin qanda şəkəri də salır, arıqlamağa kömək edir.

3. Keşniş toxumu

Sinir sistemini sakitləşdirən, sidik qovucu təsirə malik olan keşniş toxumu arterial təzyiqi salmağa kömək edir.