Pəncə masajının onurğa sütununa


Digərləri 26 Yan 2019 23:31:00 439 0

Pəncə masajının onurğa sütununa

Pəncə masajı onurğa sütununda bütün gərginliyi aradan qaldırır.

Son.az publika.az-a istinadən xəbər verir ki, ilk növbədə pəncədə "onurğa sütunu" adlanan nahiyəni tapmaq lazımdır. Yerdə oturub bir pəncəni əlinizə alıb baş barmağın altı boyunca uzanan hissəyə diqqət yetirin. Bu xətt onurğa sütununun proyeksiyasıdır. Vizual olaraq bu hissəni bölün: omba sümüyü, bel, döş və boyun. Baş barmaqla bu xətti daban istiqamətində basın. Əgər onurğa sütununda problemlər varsa, onda onların əksini burada asanlıqla tapacaqsınız. Onlar bəzən ağrı şəklində sərt nöqtə kimi hiss olunur. Bu nöqtələri masaj etməklə siz birbaşa onurğa sütununa təsir göstərmirsiniz. Siz daha yaxşı iş görürsünüz: onurğa sütununda gərginlik yaradan sinir nöqtələrini zəiflədirsiniz. Ümumi zəiflədici effekt artıq birinci dəfədən müşahidə olunur.

Bəs daban daxili orqanlarla necə bağlıdır?

Bunda heç bir mistika yoxdur. Sadəcə ayağın altında 72 min sinir sonluğu (72 min energetika kanalı) toplanır. Ovuc içi və pəncələr müvafiq olaraq vəziyyəti (temperatur, rütubət və bir çox başqa şeylər) qiymətləndirir və bu barədə birbaşa bütün orqanlara - bədən sistemlərinə "məlumat verir". Bunun sayəsində termo-prosesləri, nəm balansı və başqa proseslər bizim şüurumuzun müdaxiləsi olmadan reallaşır. Odur ki, yalnız pəncələri masaj etməklə bütün bədəni rahatlaşdıra bilərik. Məsələn, ayaqları isti suya saldıqda dərhal bütün əsəb sistemi sakitləşir. Pəncələri isidib ilıq corabları geyindiyimiz zaman bütün bədən isinməyə başlayır. Pəncələri masaj etməklə siz ağrını aradan qaldıra, bütün orqanların və orqanizm sistemlərinin vəziyyətini yüngülləşdirə bilərsiniz.

Sol ayağın refleks nöqtələri

Sağ ayağın refleks nöqtələri