Türk mənşəli rusiyali məşhurlar


Digərləri 26 Yan 2019 23:35:00 430 0

Türk mənşəli rusiyali məşhurlar

Sovet İttifaqının dağılmasından keçən, demək olar, 30 il boyunca türklər və ruslar arasında on minlərlə nigah bağlanıb. Sovet dönəmində, bəzi istisnalarla, türk və rusları bir dam altında birləşdirən qarışıq nigahlarla rastlaşmırıq, anma daha erkən dövrlərdə, yəni çarizm zamanında çox tez-tez olmasa da, bu cür ittifaqlar olurdu. Türkiyə-Rusiya ailələrindən çıxanların bəziləri ad-san qazanıb və Rusiya tarixinə daxil olub...

Şair Vasili Jukovski (1783-1852)

Rus poeziyasında romantizmin banisi Vasili Jukovski mülkədar Afanasi Bunin və əsir türk qadını Səlhanın oğluydu. Səlha 1770-ci ildə Rusiya-Türkiyə savaşı zamanı Bender qalasına (Moldova) hücumda əsir düşüb. Şair gələcək imperator II Aleksandrın müəllimi olub. II Aleksandr bir çox baxımdan Jukovskinin təsiri altında XIX əsrdə Rusiyada önəmli islahatlar keçirərək, ölkədə radikal dəyişikliklər edib. 1861-ci ildə təhkimçilik hüququnun ləğvi haqda qərar bu sıradan idi.

Moskvanın şəhər başçısı Nikolay Alekseyev (1852-1893)

Məlumdur ki, çar dönəmində Moskvanın şəhər başçısı vəzifəsini tutmuş məşhur siyasətçi Nikolay Alekseyevin nənəsi türk qadını idi. Moskvada mühüm infrastruktur və sosial-mədəni layihələr başlatmış Аlekseyev Mixail XVIII yüzillikdə Osmanlı imperiyasından Rusiyaya gəlmiş yunan mənşəli Bostanjoqlonun (ehtimal ki, Bostancıoğlu-red.) nəvəsiydi. Alekseyev 1885-ci ildə 33 yaşındaykən Moskvanın şəhər başçısı olub. Müasirləri gənc şəhər rəsini belə təsvir ediblər: çalışqan, işsevər, istedadlı, qətiyyətli, islahatçı. Rusiya jurnalisti Oleq Foçkin Alekseyevin talantından danışaraq qeyd edib: "Onda nənəsinin türk qanı da axırdı".

Admiral Aleksandr Kolçak (1874-1920)

Admiral Kolçak I dünya savaşında donanmaya uğurlu komandanlıq edib. Admiral 1917-ci il inqilabından sonra bolşeviklərə qarşı vuruşub. Sibir və Ural ərazisində antibolşevik hökuməti yaratmış Kolçak iki ildən sonra həbs olunub və bolşevik rəhbərliyi tərəfindən güllələnib. Rusiya tarixçiləri iddia edirlər ki, Kolçak İlyas Kolçak Paşanın nəslindən çıxıb. Məlumat verilir ki, Xotin qalasının (Ukrayna) hərbi rəisi İlyas Kolçak Paşa rus feldmarşalı Xristofor Minix tərəfindən əsir götürülüb, sonradan Polşaya köçüb, onun törəmələri isə 1794-də Rusiyaya köçüblər.

Anna Timiryeva (1893-1975)

Rus rəssamı və şairəsi Timiryeva admiral Kolçakın sevgilisi kimi tarixə düşüb. Timiryeva sovet dönəmində ömrünün bir hissəsini sürgündə keçirib. Onun nənəsinin türk mənşəyi haqda məlumdur. Timiryeva məşhur "Hərb və sülh" sovet filminin çəkilişində kübar cəmiyyəti təsvir edən rəqs səhnələrində məsləhətçi işləyib.

Vadim Kojevnikov (1909-1984)

Sovet yazıçısı və jurnalisti, Sosialist Əməyi Qəhrəmanı Kojevnikovun nənəsi də türk mənşəliydi. Qızı Nadejda Kojevnikovanın nağıl etdiyinə görə, jurnalistin ulu babası Rusiya-Türkiyə savaşı zamanı türk qızıyla tanış olub və onunla evlənərək Rusiyaya gətirib.

Vadim Kojevnikov Moskvada yazıçılar qəsəbəsi Peredelkinoda məşhur türk şairi Nazim Hikmətin qonşusuydu. Nazim ona belə müraciət edərdi: "Mənim türk qardaşım".