Bu gün Fransada 69 min etirazçı küçələrə çıxıb


Dünya 26 Yan 2019 23:24:00 248 0

Bu gün Fransada 69 min etirazçı küçələrə çıxıb

Fransada "sarı jiletlər" etiraz aksiyasının 11-ci həftəsində 69 min aksiyaçı iştirak edib, keçən həftə ilə müqayisədə iştirakçıların sayı azalıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Parisdə 4000 aksiyaçı olduğu qeyd edilib. Bastiliya meydanına toplaşan aksiyaçılar polis tərəfindən dağıdılıb. Qarşıdurmada yaralananlar var. Etiraz aksiyasının təşkilatçılarından olan Jerom Rodrige gözündən yaralanıb.

Parisdə və digər böyük şəhərlərdə polislə qarşıdurma zamanı gözyaşardıcı qazdan və su şırnağından istifadə olunub.