Paşinyandiaspora savaşı başladı


Dünya 26 Yan 2019 23:28:00 251 0

Paşinyandiaspora savaşı başladı

Ermənistan baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra Diaspora Nazirliyinin ləğv ediləcəyi haqqında bəyanatı diaspora tərəfindən ciddi etirazla qarşılanıb.

Publika.az xəbər verir ki, fərqli ölkələrdə yaşayan erməni diaspora nümayəndələri Paşinyanın bəyanatına sərt reaksiya göstərib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Argentinadakı erməni diasporu Paşinyanı buna görə, kəskin tənqid edib. Argentina erməni diasporu narahatlığını ifadə edərək buna səssiz qalmayacağını elan edib.

Daşnaksütünə yaxın "Aztağ" qəzetinin redaktoru Şahan Kandaharyan və ABŞ-dakı "Asbarez" qəzetinin redaktoru Vaçe Brudyan Paşinyanın bu qərarının tələsik verildiyini bildiriblər.

Şahan Kandaharyan elan edib ki, belə bir qərar xarici ölkələrdə yaşayan ermənilərlə birgə keçiriləcək toplantı zamanı verilməli idi. Onun fikrincə, bu mövzuda mütəxəssislərin fikirlərinə diqqət etmək vacib məsələdir.

Vaçe Brudyan isə bəyan edib ki, Diaspora Nazirliyinin yaxşı işləyib-işləmədiyi haqda müzakirələrin aparılması normal yanaşma olardı:

"Bu nazirlik Ermənistanın xarici ölkələrdə yaşayan ermənilərlə bağlı bir siyasətinin olduğunun göstəricisi idi. Bu nazirlik açılıb-bağlanılacaq kimi bir şirkəti açıb-bağlamaq məsələsi deyil".