Ailə həyatı qurmağın zəruriliyi


Digərləri 26 Yan 2019 23:15:00 211 0

Ailə həyatı qurmağın zəruriliyi

Ailə həyatı qurmaq həyatın mühüm və zəruri məsələlərindəndir və bu məsələyə ciddi yanaşmaq lazımdır.

Bu xəbəri də oxu: "10 milyon versələr..."

Tənhalıq, kimsəsizlik hissi, hisslərin ən əzablısıdır. Kişi və qadın evlənməmişdən qabaq bu cansıxıcı hisslərdən əzab-əziyyət çəkirlər. Amma böyük və mütəal Allah onların vücudunda bir-birinə qarşı elə bir cazibə yaratmışdır ki, bu cazibənin nəticəsində bir yerdə olsunlar və o yorucu, cansıxıcı, yandırıcı əzablardan xilas olub sakit, sağlam halda, asudə və aram bir mühitdə birlikdə, bir-birinin kənarında səfa və səmimiyyətlə yaşayıb, bir-birinə fiziki və mənəvi cəhətdən kömək edərək, bir-birini tamamlasınlar. Övlad dünyaya gətirib onun gülüb-ağlamasına, yıxılıb-qalxmasına, oturub-durmasına, gediş-gəlişinə tamaşa etsinlər.

Son.az maide.az-a istinadən bildirir ki, Allah-Taalanın insanları heyrətə salan qüdrətini bir insanın - o insanın ki, onların vücudunun səmərəsidir - yaranmasında hiss etsinlər və məhəbbətin həqiqi mənasını tapsınlar, bir-birinə, övladlarına bəslədikləri şövq və məhəbbətlə həyatı davam etdirmək üçün çalışsınlar və həyatın böyük hədəfinə doğru - mütləq kamala çatmaq, Allaha yaxın olmaq və İlahi nura qovuşub əbədiləşmək üşün - sürət və həvəslə hərəkət etsinlər.

Buna görə də evlənmək həyatın vacib və zəruri məsələlərindəndir və bu məsələyə əhəmiyyət vermək lazımdır. Bu məsələdə cavanlara kömək olunmalıdır ki, özlərinə layiq, müvafiq və uyğun bir həyat yoldaşı taparaq, cansıxıcı təklikdən özlərini xilas edə bilsinlər. Valideynlər gərək cavanları evləndirməyi yersiz gecikdirməsinlər və onları bu işdə çətinə salmasınlar.

Bir məktubdan seçilmiş hissəyə diqqət edin:

"...Bu səs-küylü dünyada təkəm. Ancaq mehriban Allahıma ürək bağlamışam. Bilirəm, gərək sizin vaxtınızı almayım, amma nə edim? Başqa yolum yoxdur... Həyatımın 22-ci baharındayam. Atam mehriban və dindar bir kişidir, amma anam onun əksinə olaraq, çox kobud və bədxasiyyətdir. O, mənə tikanlı və yandırıcı sözlər deyir və bu sözləri ilə mənim qəlbimi qırır. Hər kim mənə elçi gəlir hərəsinə bir eyib tutur və hər dəfə bir söz deyib ərə getməyimin qabağını alır. Başqa bir tərəfdən də qardaşlarım müxtəlif bəhanələrlə elçiliyə mane olurlar və bu işin qarşısını alırlar. "Gələn elçi dövlət işində işləmir, vəzifəsi yoxdur, gələcəyi puçdur və səni dolandıra bilməyəcək", - deyirlər.

Bir neçə gün qabaq həyalı, imanlı və mömin ailədən olan bir oğlan mənim elçiliyimə gəlmişdi. Atam onunla evlənməyimə razılaşdı, amma anam və qardaşlarımdan biri razılaşmadılar. Dedilər ki, o, bizim ailəmizə yaraşmır və evi, qazancı yoxdur... faydasızdır.

İndi mən evdə qalmışam. Pak və imanlı bir həyat yoldaşımın olmasını arzulayıram və Allahdan istəyirəm ki, məni qadınların böyük cihadına (Allah və din yolunda döyüş) - yəni ərə xidmət göstərib, yaxşı övlad tərbiyə etmək - daxil etsin, həyatda tək-tənha qalmayım. Ancaq anam mənim bu hissimi və ehtiyacımı dərk etmir və deyir ki, bu olmadı, başqa birisi...

Mənim başqa bir narahatçılığım da budur ki, hər kim bizim evə gəlir mənə bir tənə vurur. Deyir ki, filankəsin qızı ərə gedib, sənin nə eybin var ki, səni almırlar? Bu kimi söz-söhbətlərlə məni hamının yanında təhqir edir.

Səni and verirəm Allaha ki, mənə Allah rizası üçün, kömək edin və hər hansı yolla bilirsiniz, mənim anamı və qardaşlarımı nəsihət edin. Bəlkə bu işlərindən əl çəkib mənim evlənməyimlə razılaşalar. Allaha and olsun ki, mən nə zahirə əhəmiyyət verirəm, nə mal-dövlətə, nə də ki, yaşa. Tək arzum ancaq imanlı və yaxşı əxlaqlı olmasıdır... Sizdən istəyirəm ki, mənə öz qızınız kimi kömək edəsiniz ... "

İmza: Sizin tənha və köməksiz qızınız ...

Əziz ana! Məlumdur ki, sizin qızınız kifayət qədər böyüyüb, ərə getmək vaxtı çatıb və özündə buna ehtiyac duyur. Buna görə də gərək onun fitri və təbii istəyinə cavab verib onun üçün ailə qurmaq şəraitini təşkil edəsiniz. Yersiz irad və bəhanələr gətirməkdən çəkinin. Çünki, qızın yaşı artdıqca, ailə qurmaq baharı, təravəti gecikə bilər və bunun da nəticəsində ər və arvad bir-birləriylə əxlaq, xüsusiyyət baxımından gec uyğunlaşacaq və aralarında ünsiyyət və məhəbbət çətin və daha gec çiçəklənəcək.

İmam Cavadın (ə) səhabələrindən biri sizin kimi düşünürdü və gözləyirdi ki, göydən behiştin camallı və kamallı mələklərindən birisi qızının elçiliyinə gəlsin. O, İmama (ə) belə bir məktub yazdı: "Mən bu vaxta qədər qızlarım üçün iman və əxlaqda özüm kimi olan bir şəxs tapa bilmədim, bu halda, mənim üzərimə düşən vəzifə nədir, mən nə edim?"

Ən təhlükəli büt like
  • 26 Yan 23:10  
Digərləri Ən təhlükəli büt

Şübhəsiz, insan varlığında qoyulan müxtəlif meyillər, istəklər, qəri

arrow Ətraflı
Gəncədə avtomobili dirəyə vuran sürücü hadisə yerində ölüb like
  • 26 Yan 23:09  
Digərləri Gəncədə avtomobili dirəyə vuran sürücü hadisə yerində ölüb

Yanvarın 26-da saat 1 radələrində Gəncə şəhəri ərazisində Göygöl ra

arrow Ətraflı
Göz altıdankı qara kölgələrdən necə xilas olmalı – like
  • 26 Yan 23:07  
Digərləri Göz altıdankı qara kölgələrdən necə xilas olmalı –

Çox gənc xanımlar göz altında tünd dairə, qaralmalardan əziyyət çəkə

arrow Ətraflı
İranin İnstagramdaki simasi like
  • 26 Yan 23:05  
Digərləri İranin İnstagramdaki simasi

İranın imtiyazlı gənclərinin həyat tərzi, o cümlədən ABŞ sanksiyalar

arrow Ətraflı
23 yaşlı gözəl Yukatan çimərliyində  FOTO like
  • 26 Yan 23:01  
Digərləri 23 yaşlı gözəl Yukatan çimərliyində FOTO

Britaniyanın gənc və populyar modellərindən olan Demi Rous yeni fotosessiya

arrow Ətraflı
Toy keçirilən kafedə partlayış  29 nəfər yaralandı  VİDEO like
  • 26 Yan 22:58  
Dünya Toy keçirilən kafedə partlayış 29 nəfər yaralandı VİDEO

Rusiyanın Saratov şəhərində kafelərin birində partlayış olub.

arrow Ətraflı
Xətai rayonunda əl qumbarası tapılıb like
  • 26 Yan 22:57  
Digərləri Xətai rayonunda əl qumbarası tapılıb

Bu gün Bakının Xətai rayonunun M.Hadi küçəsi, 90 ünvanında 1 ədəd əl

arrow Ətraflı
Təzyiqin gözlənilməz səbəbi müəyyən edildi like
  • 26 Yan 22:57  
Digərləri Təzyiqin gözlənilməz səbəbi müəyyən edildi

Alimlər qan təzyiqinin gözlənilməz səbəbini tapıblar.

arrow Ətraflı
Sükut – nəfsin saflaşmasinda ilk addim like
  • 26 Yan 22:55  
Digərləri Sükut – nəfsin saflaşmasinda ilk addim

Hər zaman insanlar bir-birilə istər zəruri, istərsə də qeyri-zəruri olar

arrow Ətraflı
Qeybətin müalicəsi barədə nə bilirik? like
  • 26 Yan 22:50  
Digərləri Qeybətin müalicəsi barədə nə bilirik?

Qeybətin iki növ müalicəsi var: qısa yolla və əhatəli. Qeybətin qısa y

arrow Ətraflı
“Tövriyə” nədir? like
  • 26 Yan 22:45  
Digərləri “Tövriyə” nədir?

Zahirindən uyğun məna başa düşülüb, danışanın başqa məqsəd güddü

arrow Ətraflı
Qulların, tacirlərin və aşiqlərin ibadəti like
  • 26 Yan 22:40  
Digərləri Qulların, tacirlərin və aşiqlərin ibadəti

İmam Cəfəri Sadiq (ə) bir rəvayətdə ibadət edənlərin, Allaha nə üç

arrow Ətraflı
İranda havanın çirkliliyi təhlükəli həddə çatıb like
  • 26 Yan 22:36  
Dünya İranda havanın çirkliliyi təhlükəli həddə çatıb

İranın Ərak şəhərində havanın çirkliliyi həssas insanlar üçün təhl

arrow Ətraflı
“Yerüzü od tutub yanır! Dua edin! Bütün dünya günah içində həlak olacaq, dua edin!” like
  • 26 Yan 22:35  
Digərləri “Yerüzü od tutub yanır! Dua edin! Bütün dünya günah içində həlak olacaq, dua edin!”

Bu əhvalat 50-ci illərin sonunda Kuybışevdə, indiki Samara şəhərində sa

arrow Ətraflı
Avaqyanın heykəli sökülür?  O, gürcülərin də düşmənidir... like
  • 26 Yan 22:33  
Dünya Avaqyanın heykəli sökülür? O, gürcülərin də düşmənidir...

Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyanın büst

arrow Ətraflı