Gəncədə avtomobili dirəyə vuran sürücü


Digərləri 26 Yan 2019 23:16:00 443 0

Gəncədə avtomobili dirəyə vuran sürücü

Yanvarın 26-da saat 1 radələrində Gəncə şəhəri ərazisində Göygöl rayon sakini Elnay Hacıyev idarə etdiyi "Opel" markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

Son.az Trend-ə istinadən bildirir ki, nəticədə o hadisə yerində ölüb, xəsarət almış 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.