Həsən Ruhani Avropa dəyərlərinə riayət etməyə çağırdı


Dünya 26 Yan 2019 23:19:00 296 0

Həsən Ruhani Avropa dəyərlərinə riayət etməyə çağırdı

İran prezidenti Həsən Ruhani bütün müsəlman qadınların hicab geymələrinin məcburiliyi haqqında qanunun əsaslı olmasına şübhəsini ifadə edib.

İranda dərc edilən "Ghanoon" qəzeti yazır ki, ölkənin rabitə və informasiya texnologiyaları naziri ilə görüşündə Ruhani deyib: "O ki qaldı hicaba, Quran, ilk növbədə, kişilərə müraciət edir ki, qadınlara pis niyyətlə baxmasınlar. Lakin təəssüf ki, biz qadınlara və qızlara nəzarət edirik və onları hicabda olmaq tələbini pozduqlarına görə tuturuq".

Son.az virtualaz.org-a istinadən bildirir ki, öz növbəsində "payvand.com" nəşri qeyd edir ki, İİR başçısı özünün təəccüb doğuracaq qədər səmimi ifadələrində təəssüf etdiyini bildirib ki, ölkədə müstəqil KİV yoxdur və dövləti senzuraya xərclədiyi vəsaitlərə görə tənqid edib.

Ələlxüsus, Ruhani müəyyən sosial şəbəkələrin və saytların bloklanması və filtrasiyaya məruz qoyulması barədə mənfi rəyini qeyd edib.

"Müasir texnologiyaların bir çox üstünlükləri və imkanları var və biz insanları yeni texnologiyalardan və kommunikasiyalardan izolyasiya edə bilmərik... Etiraf etmək lazımdır ki, biz səhv etmişik - nə bloklanma, nə də filtrasiya bizi olmaq istədiyimiz yerə aparmır", - İran prezidenti deyib.

Ruhaninin bu fikirləri ilə bağlı iki nüfuzlu ayətullah onu tənqid atəşinə tutub. Qum şəhərindən olan 91 yaşlı ayətullah Naser Makarem Şirazi ölkə başçısını "islam dəyərlərinin əleyhdarı" adlandırıb.