Ən təhlükəli büt


Digərləri 26 Yan 2019 23:10:00 426 0

Ən təhlükəli büt

Şübhəsiz, insan varlığında qoyulan müxtəlif meyillər, istəklər, qərizələr, instiktiv hisslər həyatın davamı üçün zəruridir və hər kəs yaşamaq üçün onlara möhtacdır. Öz batinimiz üzərində düşündükdə, görürük ki, Xaliq bütün bu instinktləri məhz insan təkamülü üçün yaratmışdır. Başqa sözlə, insanın cismində bihudə bir üzv olmadığı kimi, istək və meyilləri də bihudə deyil. Lakin burada böyük əhəmiyyət kəsb edən məsələ onların həddini aşmaması, zərərli və qorxulu hala düşməməsi və əqlin kontrolundan çıxmamasıdır. Məsələn, heç kim insanda "qəzəb"in rolunu inkar edə bilməz. Hüququ tapdanmış şəxs onu bütün qəzəbi sayəsində mübarizə meydanında tələb etməyincə, (sakit və aram halda) onu əldə edə bilməz! Amma qəzəb öz təbii halını itirib əqlin ixtiyarından çıxdıqda da insanı heç bir hədd-hüdudu tanımayan vəhşi bir heyvana çevirməyə də qadirdir. Yaxud insanın sərvətə malik olmaq və vəzifəyə yiyələnmək üçün çalışması normal və təbii meyil sayıldığı halda, yalnız dünya, sərvət və vəzifə düşkünlüyünün, yəni bu meyillərdə ifrata varmağın viranedici təsiri də heç kimə gizli deyildir.

Son.az maide.az-a istinadən bildirir ki, buna əsasən, ruhi qüvvələrin normal vəziyyətinin bir-birinə dəyməsi nəticəsində insanın ixtiyarı əlindən çıxır və rəvayətlərdə bu "nəfsi istəklərə uymaq" kimi təbir olunur. Rəvayətlərə əsasən, nəfsin istəklərinə uymaq bütpərəstliyin ən təhlükəli növüdür. Peyğəmbəri-Əkrəmdən (s) bu məzmunda belə bir hədis nəql olunur: "...Nəfsin istəklərinə uymaqdan böyük bir büt yoxdur..." ("Təfsiri-nümunə", 15-ci cild, səh.103.)

Başqa bir hədisdə o həzrət belə buyurur: "Həqiqətən, sizin üçün qorxduğum (və səadət yolunuz üzərində yerləşən) ən qorxulu və təhlükəli məsələ nəfsin istəklərinə uymaq və uzun-uzadı arzulara qapılmaqdır. Çünki nəfsin istəklərinə uymaq insanı haqdan uzaqlaşdırır, uzun-uzadı rzulara qapılmaq isə axirəti unutdurur." ("Təfsiri-nümunə", 21-ci cild, səh. 267; 15-ci cild, səh. 104.)

Qurani-Kərimin "Kəhf" surəsinin 28-ci ayəsində də bu haqda belə buyurulur:

وَ لا تُطِعْ مَنْ أَغْفَلْنا قَلْبَهُ عَنْ ذِكْرِنا وَ اتَّبَعَ هَواهُ وَ كانَ أَمْرُهُ فُرُطاً؛

"Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!"

"Nəfsin istəklərinə uymaq adlı büt necə olur ki, insan əqlini həbs edir və insanın bütün varlığına hakim kəsilərək onun ixtiyarını ələ alır?" - sualının cavabı aşağıdakı mətləblərdən aydın olur:

1. İman zəifliyi: İnsan varlığında bu bütün yaranmasının əsas səbəblərindən biri imanın zəifliyidir. İlahi əmrlərin icrasına göz yumulduğu zaman iman zəifliyi baş qaldırır. Hər bir halda Allahın hazır, əməllərə nəzarətçi olduğu və qiyamət günü qurulan böyük ilahi məhkəmə haqda düşünən insan cəhd edir ki, ilahi hökmlərə qarşı çıxmasın və ilahi sərhədləri aşmasın. İman zəifliyi isə, istək və ehtirasların normal həddini aşmasına zəmin hazırlayır.

2. Çirkin ətraf mühit və nalayiq dostlarla rabitə: İnsan şəxsiyyətinin formalaşmasında ünsiyyət və əlaqələrinin təsiri o qədər böyükdür ki, hətta bəziləri belə demişlər: "İnsanı tanımaq üçün onun dostuna və kimlərlə oturub-durduğu şəxslərə baxmaq lazımdır." Şübhəsiz, nalayiq şəxslərin çoxu öz dostlarını müxtəlif yollarla günaha sövq edir. Qurani-Kərimin "Furqan" surəsinin 27-29-cu ayələrində buyurulur: