4 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək


Digərləri 26 Yan 2019 22:31:00 437 0

4 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək

Başqalarının mənzillərində məskunlaşan 4 minə yaxın məcburi köçkün ailəsinin köçürülməsinə başlanılacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, prosesə bu ildən start veriləcək.. Bunu xəzər xəbər-ə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, bununla bağlı Dövlət Proqramında xüsusi bənd var və bu bəndin icrasına tezliklə başlanılacaq.

Fuad Hüseynov bildirib ki, Sumqayıt şəhərində 1005 və Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksinə də vətəndaşların köçürülməsinə fevral ayından start veriləcək.