Oxu, özünözünə qiymət ver!


Digərləri 26 Yan 2019 22:15:00 447 0

Oxu, özünözünə qiymət ver!

Şübhəsiz, heç kim insanın özü kimi özünü tanıya bilməz, öz işlərindən agah ola bilməz. Qiyamət günü də insana deyiləcək ki, özündən hesab çəkmək və əməllərini çək-şevir etmək üçün elə sənin özün kifayətsən, artıq kiməsə ehtiyac yoxdur.

İNSAN ÖZÜNÜ YAXŞI TANIYIR!

Qurani-Kərimin "Qiyamət" surəsinin 12-15-ci ayələrində belə oxuyuruq:

إِلَى رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ بَلِ الْإِنسَانُ عَلَى نَفْسِهِ بَصِيرَةٌ وَلَوْ أَلْقَى مَعَاذِيرَهُ

"O gün (ey insan,) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! O gün (qiyamət günü) insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı-pis nə varsa, hamısı) xəbər veriləcəkdir! Doğrusu, (xəbər verməyə heç ehtiyac da yoxdur,) insan özü-özünə şahiddir! Baxmayaraq ki, o, (günahlarını yozmaq üçün) hər cür üzrxahlıq edər!"

Son.az maide.az-a istinadən bildirir ki, bəli, insan öz halına hər kəsdən yaxşı agahdır, hərçənd ki, Quranın buyruğuna əsasən, öz halını inkar etməyə çalışacaq. O dünya üçün zülm, haqsızlıq, ədalətsizlik, başqalarının haqqını mənimsəmək və digər çirkin əməllər kimi ağır əməl dəftəri düzəldənlər, sözsüz, öz daxillərində mənfilik və pislik hissini keçirsələr də, zahirdə bunu inkar edir və dillərinə gətirmirlər ki, birdən bir gün qanun əlində giriftar olarlar!

Əqidəsiz və ilahi qanunlara laqeyd yanaşan insanlar bu dünyada öz çirkin əməllərindən peşmançılıqlarını bildirməsələr də, o dünyada Allahın şiddətli əzabını görcək hər bir şeyi dilə gətirəcək, etiraf edəcək! Allah-Taala "Bəqərə" surəsinin 206-cı ayəsində buyurur:

وَ إِذا قيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَ لَبِئْسَ الْمِهادُ

"Ona: "Allahdan qorx!" - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!

"Səcdə" surəsinin 12-ci ayəsində də belə buyurur:

وَ لَوْ تَرى‏ إِذِ الْمُجْرِمُونَ ناكِسُوا رُؤُسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنا أَبْصَرْنا وَ سَمِعْنا فَارْجِعْنا نَعْمَلْ صالِحاً إِنَّا مُوقِنُونَ

"(Ya Rəsulum!) Kaş günahları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: "Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını) gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə inandıq!" - deyəndə görəydin!"