Namaz və Allahın əzəmətini düşünmək


Digərləri 26 Yan 2019 21:40:00 440 0

Namaz və Allahın əzəmətini düşünmək

Namazı gözəl şəkildə qılmaq və namazda yalnız Allahı düşünə bilmək üçün yerinə yetiriləsi ən əhəmiyyətli iş namaza başlamamışdan öncə oturub namaz və Allahın əzəməti haqqında düşünməkdir. İnsan namaz qıldığı yerdə oturaraq beş on dəqiqə fikirlərini cəmləməlidir. Gündəlik baş verən hadisələri unudub, qəlbi maddi arzulardan təmizləyib və kimin qarşısında dayanacağını düşünərək, bütün qəlbi ilə Allaha yönəlmiş halda namaza durmalıdır.   İnsanın namazdan əvvəl düşüncəsini və xəyallarını kontrol etməlidir, hər şeyi unudub, fikrini yalnız namaza, Allaha və səcdəgahına yönəltməlidir. Əgər namazını tək qılırsa, rahat oturmalı, bədənini aram etməli, zehnini məşğul edəcək şeyləri özündən uzaqlaşdıraraq, Allahın hər yerdə hazır olduğunu və Onun qarşısında dayandığını düşünməlidir.   Son.az maide.az-a istinadən bildirir ki, Allahın hər zaman bizi gördüyünü və hər yerdə bizimlə birlikdə olduğunu deyirik, halbuki buna heç özümüz də yəqin etməmişik. Yalnız dilimizdə bunu söyləyirik, qəlbimizlə Allahın hər yerdə olduğuna inanmamışıq. İnsan bir otaqda tək olarkən fərqli davranış sərgiləyir. Amma başqasının, hətta bir uşağın onu gördüyünü bildikdə davranışın dəyişir, hərəkətlərinə diqqət edir. Əgər başqasının yanında özünə diqqət edirsə, namaz qılarkən Allahın qarşısında da özünə daha çox diqqət etməlidir.   Həqiqi iman sahibi, Allahın qarşısında dayandığına həqiqətən inanıbsa qətiyyən başqa şeyləri düşünməyəcək. İnsan hörmətli bir şəxsin qarşısında, başqa işlərlə məşğul olarmı? Namaza duran və "Allahı Əkbər" deyən həqiqətən də Allahın hər şeydən böyük olduğunu dərk etməlidir, ancaq bu şəkildə Ondan qafil olmaz. Bizlər Allahın böyüklüyünü dərk etməkdə acizik, ağıllar əsla onu dərk edə bilməz. Bir az da olsa dərk edə bilməyimiz üçün, "Allah böyükdür" cümləsindən istifadə edirik, lakin ağılımız böyüklüyün xüsusiyyətini və nə qədərliyini əsla anlaya bilməz. Əlbəttə ki, insan Allahın yaratdığı varlıqlara baxaraq və bəzi mərhələləri qət edərək Allahın əzəmətini az da olsa dərk edə bilər.   İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, ətir satıcısı olan Zeynəb, Peyğəmbərin evinə gəlir və ondan Allahın əzəmətini ona izah etməsini istəyir. Həzrət Məhəmməddə (s) yeddi səmanın, aləmlərin və planetlərin nə qədər bir-birlərindən böyük olduqlarını izah etməyə başlayırlar, sonra belə buyurur: "Üzərində olduğumuz bu yer kürəsi içindəki və üstündəkilərlə birlikdə, birinci səmayla müqayisədə səhranın ortasına düşmüş bir üzük kimidir. Eyni şəkildə birinci səma, ikinciylə müqayisədə səhradakı bir üzük qədərdir, bu kiçiklik və böyüklük yeddinci səmaya qədər davam edir. - (Biharul Ənvar, cild 60, səh 83, 85)   Bütün bunlar Allahın nə qədər uca olduğunun bir göstəricisidir. Yer və digər planetlər bu qədər böyüklüyü ilə Günəş qarşısında çox kiçikdir, hamısı da kainatda davamlı hərəkət halındadırlar, amma maraqlıdır ki, heç bir zaman bir-birləriylə toqquşmurlar. Astronomiya elmi ilə məşğul olanlar bunların arasındakı uzaqlığın milyonlarla işıq ili olduğunu bildirirlər. İşıq saniyədə 300 min km. yol qət edir, bunu bir ilə vuranda görün nə qədər edir, bir milyon işıq ili hesablandığında insan heyrətlənməyə bilmir. Bu gördüyümüz səma və ulduzlar yalnız birinci qatdır, bunlardan əlavə başqa aləmlər də var. Bunun üçün Allah belə buyurur:   Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!" - ("Fussilət" surəsi, ayə 12)   Bütün bunlar Allahın sərhədsiz hikmətinin və sonsuz əzəmətinin bir göstəricisidir. İnsan bu aləmə və yaradılışa baxaraq Allahın əzəmətini gördükdən sonra, namaz qılarkən kimin qarşısında dayandığına daha çox diqqət yetirməlidir. Görəsən belə bir varlığın qarşısında dayanarkən, yenə çörəyi, suyu, evi, paltarı, işi düşünmək ayıb deyilmi?   Demək, namazda insanın qəlbən Allaha yönəlməsi və həqiqi mənada namaz qıla bilməsi üçün namazdan əvvəl bir az oturaraq kimin qarşısında dayanacağı barədə düşünməlidir. Bundan əlavə bacardığımız qədər müstəhəb əməllərə də yer vermək lazımdır, namazdan əvvəl və namazdan sonra oxunması lazım olan dualara laqeyd yanaşmamalıyıq. Namaz əsnasında dediyimiz sözlərin mənasına diqqət yetirməli, oxunan ayə və duaların mənası düşünmək lazımdır. İnsan biri ilə danışdığı zaman əvvəlcə deyəcəklərini düşünər, yaxşıca hazırlayar sonra ona deyər. Amma biz, namaz qılıb Allahla danışarkən o qədər əzbərdən və sürətli danışırıq ki, nə dediyimizi özümüz belə anlamırıq, bunun üçün də söylədiklərimizin mənasını düşünmürük.   Yavaş-yavaş, qəlbən Allaha yönəlib, dediklərimizi düşünərək namaz qılmalıyıq, əvvəllər bir rükəti bir dəqiqəyə qılırdıqsa indi bunu iki dəqiqəyə yüksəldək. Namazı nə qədər aram və yavaş qılsaq ayə və duaların mənasını da düşünə bilərik, bu şəkildə namaz qılsaq zamanla mənaya diqqət yetirmə vərdişini qazanacağıq. İmam Səccad (ə) buyurur: "Namazı, son qılacağınız namaz kimi qılın." - (Biharul Ənvar, cild 69, səh 308) İmam sanki bu namazdan sonra öləcəkmişsən kimi namaz qıl deyə buyurur. Belə bir düşüncədə olan, yəni namazdan sonra öləcəyini bilən şəxs qətiyyən başqa şeyləri düşünməyəcək. Tamamilə Allaha yönələr və düzgün şəkildə namazını qılar. Bu ruh haləti insan da olduğu zaman şeytan insana qalib gələ bilməz, son namazımız olduğunu düşünsək, şeytanın vəsvəsələrinə qarşı müqavimətimiz daha çox olar, fikrimiz dağılmaz və nəticədə namazdan lazım olan faydaları ala bilərik. Əlbəttə insan yalnız namaz əsnasında Allahı yanında hiss etməməlidir, namazdan sonra da günün hər anında Allahın yanında olduğunu bilməli və ondan qafil olmayıb, davamlı Ona diqqət etməlidir.   Mütləq n