Xəzər ölü dənizə çevrilə bilər


Digərləri 26 Yan 2019 21:25:00 472 0

Xəzər ölü dənizə çevrilə bilər

Ölkə tədqiqatçılarının fikrincə, son illərdə Xəzər dənizində suyun səviyyəsi azalıb, hövzəyə müxtəlif növ çirkab və tullantı suları axıdılıb. Dəniz yatağının üzvi maddələrlə yüklənməsi və bu sahələrdə oksigenin azlığı Xəzəri tədriən ölü dənizə çevirir.

Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin elmi əməkdaşı Həmid Əlizadə Xəzər dənizini ən böyük su hövzəsi kimi səciyyələndirir: "Genişliyinə görə dəniz adlandırılan Xəzər, əslində, qapalı göldür. Əlbəttə, bu göl keçmişdə coğrafi cəhətdən Qara dəniz vasitəsilə açıq dənizlərlə birləşirdi".

Əlizadə bildirib ki, Xəzər dənizi hazırda iki kanalla, Volqa-Don vasitəsilə Azov və Baltik dənizinə birləşir: "Xəzər dənizi təxminən 1200 kilometr uzunluğundadır, orta dərinliyi təxminən 208 metrdir, İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan daxil olmaqla, sahilyanı zolağı var".

Həmid Əlizadənin sözlərinə görə, Xəzər dənizinə təxminən 130 çay axır (Volqa, Ural, Terek, Kür və Səfidrud və s.), lakin çay sularının 80 faizi Volqaya aiddir.

Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin əməkdaşı bildirib ki, bölgədəki iqlimə Atlantik okean və şərq dənizləri, Şimal Buzlu okean və Sibirin buzlaq sahələrində meydana gələn atmosfer cərəyanları təsir göstərir: "Xəzər dənizi qərbdə Qafqaz dağları ilə əhatə olunub və bu da öz növbəsində, regional iqlim dəyişikliyinə səbəb olur".

Tədqiqatçının sözlərinə görə, Xəzər dənizinin sahilboyunda orta yağıntı səviyyəsi təxminən 300 mm-dir. Yalnız İran sahillərində və Azərbaycanın cənub hissələrində 700-1700 mm arasında dəyişən rütubətlilik mövcuddur: "Xəzər dənizinin yatağı qeyri-bərabər paylanıb. Buna görə də, şimal hissələri 25 metrədək dərinliyə malikdir. Orta hissədə 788 m dərinlik var, ən dərin hissəsi cənub hissəsidir - 1025 metr".

Xəzər dənizinin bənzərsiz bioloji və okeanoloji xüsusiyyətlərini vurğulayan Əlizadə bioçeşidlərin tədricən azalmasına və dənizə axan çaylarda sulfat, karbonat və xlor kimi kimyəvi maddələrin artmasına diqqə çəkib: "Xəzər dənizinin şoranlığı açıq dənizlərin şoranlığının təxminən üçdə biri qədərdir (şimalda 1 litrdə - təxminən 12 qr,  cənubda - 14 qr)".