Salyanda iki maşın toqquşub, 1 nəfər xəsarət alıb


Digərləri 26 Yan 2019 21:03:00 449 0

Salyanda iki maşın toqquşub, 1 nəfər xəsarət alıb

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "Jiquli" markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Şəkərli kənd sakini, 1977-ci il təvəllüdlü Mirzəyev Rafət Baxış oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb.