İnsanlar niyə zərərli qidalara üz tutur və kökəlir?


Digərləri 26 Yan 2019 20:18:00 249 0

İnsanlar niyə zərərli qidalara üz tutur və kökəlir?

Alimlər insanların nə üçün zərərli qidalara meyil saldığını və kökəldiyini müəyyən edib. Məlum olub ki, bunun dieta ilə o qədər də əlaqəsi yoxdur. Məsələ hər bir konkret fərdin DNT özəlliklərindədir.

Son.az oxu.az-a istinadən bildirir ki,Kembric Universitetinin tədqiqatçıları 14 minə yaxın insanın sağlamlığı ilə bağlı məlumatları araşdırıb.

Alimləri müəyyən edib ki, az çəkili insanların arıq qalması təkcə onların iradə baxımından güclü olmasını göstərmir, eyni zamanda, "arıqlığa" genetik təmayülünün olmasından irəli gəlir.

Minlərlə könüllü arasından tədqiqat qrupu aşağı bədən çəkisi indeksi olan 1600 nəfəri seçə bilib. Üstəlik, onların 40 faizi əmin edib ki, istənilən qədər yemək yemələrinə baxmayaraq, artıq çəki yığmırlar.