İnsanin zinəti nədir?


Digərləri 26 Yan 2019 20:10:00 236 0

İnsanin zinəti nədir?

Bir gün bir bədəvi ərəb imam Hüseynin (ə) hüzuruna gəlib dedi:

يَا ابْنَ رَسُولِ اللَّهِ قَدْ ضَمِنْتُ دِيَةً كَامِلَةً وَ عَجَزْتُ عَنْ أَدَائِهَا فَقُلْتُ فِي نَفْسِي أَسْأَلُ أَكْرَمَ النَّاسِ وَ مَا رَأَيْتُ أَكْرَمَ مِنْ أَهْلِ بَيْتِ رَسُولِ اللَّهِ صلی الله علیه و آله.

"Ey Peyğəmbərin (s) övladı! Bir nəfərin kamil "diyə"sini (qanbahasını - min dinar) öhədmə götürmüşəm, amma ödəyə bilmirəm. Fikirləşdim, öz-özümə dedim: Onu ən kərim insandan istəyəcəyəm və Peyğəmbərin (s) Əhli-beytindən (ə) kərim və səxavətlisini tapa bilmədim. (Odur ki, sizin hüzurunuza gəlmişəm!)"

Son.az maide.az-a istinadən bildirir ki, İmam Hüseyn (ə) buyurdu:

يَا أَخَا الْعَرَبِ أَسْأَلُكَ عَنْ ثَلَاثِ مَسَائِلَ فَإِنْ أَجَبْتَ عَنْ وَاحِدَةٍ أَعْطَيْتُكَ ثُلُثَ‏ الْمَالِ وَ إِنْ أَجَبْتَ عَنِ اثْنَيْنِ أَعْطَيْتُكَ ثُلُثَيِ الْمَالِ وَ إِنْ أَجَبْتَ عَنِ الْكُلِّ أَعْطَيْتُكَ الْكُلَّ.

"Ey ərəb qardaş! Səndən üç sual soruşacağam, əgər birinə cavab versən, diyənin üçdə birini, ikisinə cavab versən, üçdə ikisini və hamısına cavab versən, diyənin hamısını sənə verəcəyəm."

Bədəvi ərəb ərz etdi:

يَا ابْنَ رَسُولِ اللَّهِ أَ مِثْلُكَ يَسْأَلُ عَنْ مِثْلِي وَ أَنْتَ مِنْ أَهْلِ بَيْتِ الْعِلْمِ وَ الشَّرَفِ

"Sizin kimi bir kəs mənim kimi bir kəsdən sual soruşur, bir halda ki, siz elm və şərəf əhlisiniz?"

İmam (ə) buyurdu:

بَلَى سَمِعْتُ جَدِّي رَسُولَ اللَّهِ صلی الله علیه و آله يَقُولُ: الْمَعْرُوفُ بِقَدْرِ الْمَعْرِفَةِ.

"Bəli! Cəddim Peyğəmbərdən (s) belə buyurduğunu eşitmişəm: "Yaxşılıq, mərifət və bacarıq qədərində olmalıdır."

Ərəb dedi:

سَلْ عَمَّا بَدَا لَكَ فَإِنْ أَجَبْتُ وَ إِلَّا تَعَلَّمْتُ مِنْكَ وَ لا قُوَّةَ إِلَّا بِاللَّهِ‏.

"İstədiyinizi soruşa bilərsiniz, əgər bacarsam cavab verəcəm, cavab verə bilməsəm, cavablarını sizdən öyrənəcəyəm. Allahdan başqa qüvvət yoxdur."

İmam (ə) soruşdu:

أَيُّ الْأَعْمَالِ أَفْضَلُ؟

"Ən üstün və fəzilətli əməl nədir?"

Ərəb cavab verdi:

الْإِيمَانُ بِاللَّهِ.

"Allaha iman gətirmək!"

İmam (ə) soruşdu:

فَمَا النَّجَاةُ مِنَ الْمَهْلَكَةِ؟

"Təhlükədən qurtuluşun yolu nədir?"

Ərəb cavab verdi:

الثِّقَةُ بِاللَّهِ.

"Allaha etimad etmək və Ona güvənmək!"

İmam (ə) soruşdu:

فَمَا يُزَيِّنُ الرَّجُلَ؟

"İnsanın zinəti nədir?"