2019cu ildə bir çox ölkədə terror hücumları olacaq


Digərləri 26 Yan 2019 19:25:00 234 0

2019cu ildə bir çox ölkədə terror hücumları olacaq

Dünən Keniya və Suriyadakı partlayışlara toxunduq və qeyd etdik ki, buralarda hadisələr televiziya və qəzetlərdə təqdim edildiyi kimi qəbul edilir. Çox adamın səhnə arxasına keçmək kimi bir niyyəti yoxdur. Hal belə olunca, həqiqətlər bizdən çox uzaq düşər. Gedib tapa, görə bilmərik. Nə isə...

Partlayışlardan başlayaraq irəliləyək. Görək qarşımıza nə çıxacaq?

Son.az strateq.az-a istinadən bildirir ki, əslində, dünyanın getdiyi yönü daha yaxşı anlamaq üçün ABŞ-dakı daxili qarışıqlığı diqqətlə incələmək bu gün üçün yetərlidir. ABŞ-da nə baş verdiyini anladığımız anda bütün siyasətləri çözmək çox asan olur. Nəticədə son imperiya ABŞ-dır.

ABŞ-da baş verən ən son mühüm hadisə nə idi? Əlbəttə, hökumətin qapadılması. Bununla bağlı ABŞ Prezidenti Donald Tramp və demokratlar toqquşub. Böyük mübahisə, döyüş baş verib. Konqres rəsmən silkələnib.

Mövzu nə idi? Meksika ilə sərhəddə çəkiləcək divara pul ayrılması. Tramp 5 mlrd. dollarlıq əlavə büdcə istəyir. Demokratlarsa, təqribən 1,3 mlrd. dollarlıq əlavə büdcə üçün razılıq verəcəklərini söyləyirlər. "Maksimum 2 mlrd. dollar olsun" deyirlər. Yəni, 1 trilyon dollar xarici borcu olan ABŞ, sadəcə 3 mlrd. dollara görə federal hökuməti qapadır. Bunu oxuyanlar da inanır.

ABŞ mediasının önəmli yazarları "Hökumət qapandı, nələr olacaq? Çox ciddi bir durumla qarşı-qarşıyayıq" şərhləri verirlər. Halbuki yazılanlardan kənarda böyük bir həqiqət var. Kimsə dönüb ona baxmır. "Meksika divarı" məsələsində Rotşild ailəsinin çox önəmli bir planının uğurla başa çatdığını görməliyik.

Rotşild ailəsinin uşaqları kimi baxılan demokratların Senatdakı lideri Çak Şumerlə Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi, əslində, Trampın öz gücündən istifadə etməsi üçün hökumətin qapadılmasını təmin edib. Çünki ABŞ-da hökumət qapadıldığı anda Prezident "müharibə vəziyyəti" səlahiyyətləri alır. Bu, çox açıqlanmayan və istifadə edilməyən bir səlahiyyət - gücdür. Tramp, şəxsən çox sevdiyi Çak Şumer və Nensi Pelosi sayəsində bu gücü əlinə alıb.

ABŞ-ın çox önəmli qurumlarında çox önəmli dəyişikliklər edilib. Çünki hazırda Tramp, səlahiyyəti olan yeganə şəxsdir. 49 şəxsin dəyişdirilməsi və onların yerinə Trampın çox etibar etdiyi adamların təyin edilməsi gizli bir həqiqətdir. Bu müddətdə Pentaqondakı xüsusi qurumlarda çalışan 7 şəxs də Tramp tərəfindən dəyişdirilib.