Qaranlıq və qorxulu səhrada sərgərdan zümrə


Digərləri 26 Yan 2019 19:15:00 250 0

Qaranlıq və qorxulu səhrada sərgərdan zümrə

Qurani-Kərimin "Bəqərə" surəsinin 19-20-ci ayələrində buyurulur:

أَوْ كَصَیبٍ مِنَ السَّمَاءِ فِیهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ یجْعَلُونَ أَصَابِعَهُمْ فِی آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ وَاللَّهُ مُحِیطٌ بِالْكَافِرِینَ

"Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş şəxslərə bənzəyir ki, ildırımın (qorxunc) səsindən öləcəyini güman edərək barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirlərin bütün işlərini biləndir."

یكَادُ الْبَرْقُ یخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِیهِ وَإِذَا أَظْلَمَ عَلَیهِمْ قَامُوا وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَیءٍ قَدِیرٌ

"Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan aparsın. Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə və görməsini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir."

Son.az maide.az-a istinadən bildirir ki, bu məsəldə bir neçə məsələ diqqəti cəlb edir:

1. Zahirdə İslama iman gətirib, batində isə kafir olan ikiüzlü münafiqlər.

2. Qaranlıq gecədə, geniş səhrada sığınacaq yeri tapmayan insanlar. Onlar səhrada olduqları zaman qulaqbatırıcı ildırım səsi və gözqamaşdırıcı şimşəklə yanaşı şiddətli yağışa düşür və göy gurultusunun qorxusundan əllərini qulaqlarına tıxayırlar ki, bəlkə onun təhlükəsindən amanda qalsınlar. Şimşəyin işıq saldığı zaman bir neçə addım yol getsələr də, işıq söndükdə və qaranlıq çökdükdə sərgərdan vəziyyətdə donub qalırlar.

3. Təşbeh. Təşbehdə birinci zümrə (münafiqlər) ilə şiddətli yağışa düşüb vahiməli göy gurultusu zamanı sərgərdan qalan zümrənin oxşarlığı nəzərdə tutulur.

Hər bir məsəldə bu üç məsələ diqqət mərkəzində saxlanmalı və onlara əsasən təfsir edilməlidir. Qeyd edək ki, təfsirçilər hər iki zümrənin oxşar cəhəti barədə iki fərqli nəzər irəli sürmüşlər: